Be. Yan 20th, 2020

Türk ordusu ilə savaşan general Haftar kimdir? – DOSYE + FOTOLAR

Liviyanın şərqini idarəsi altında saxlayan general Haftar Türkiyəyə qarşı etdiyi çıxışları ilə gündəmdən düşmür.
Turkustan.info
 “BBC Türkçə”yə istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş tutan Liviyada atəşkəs razılaşmasını imzalamadan ölkəni tərk edən general Xəlifə Haftar Türkiyənin qəzəbinə səbəb olub. General masadan qalxaraq bildirib ki, atəşkəs rejiminə Türkiyənin nəzarət etməsi ilə razılaşmır və bu səbəbdən atəşkəs sənədlərini imzalamaqdan imtina edir. Bir neçə gün ərzində dünya mətbuatında gündəm olan, Rəcəp Tayyip Ərdoğanın sərt tənqid etdiyi, Türkiyənin Liviyaya ordu göndərməsinə səbəb olduğu general Xəlifə Haftar Kimdir?


Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib.

Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib. Bu səbəbdən Haftar təxminən 20 il həbsdə qalır. Nəhayət 1990-cı ildə CIA həbsdə onunla görüşməyə başlayıb. Bir neçə gün sonra general həbsdən çıxarılır və ABŞ-a gedib. 2011-ci ildə Haftar Liviyaya qayıdıb. Daha sonra Misirə gedərək müxalifət qüvvələrinin komandiri olub. Tarixçilər bildirir ki, Haftar ABŞ-da yaşadığı 20 il ərzində Qəddafini devirmək planları ilə yaşayıb. Bundan bir neçə ay sonra Qəddafi rejimi devrilib. 2014-cü ildə Liviya televiziyalarında çıxış edərək ölkəni xilas etmək planlarını açıqlayıb. Həmin vaxtdan bugünə qədər Liviyada nüfuzlu hərbçilərədən biri sayılır. Liviyada bir çox hərbi əməliyyatlara başçılıq edib.



Ruslan Yusibov

Paylaş: