C. Yan 17th, 2020

Namiq Dəlidağlı ürək əməliyyatı keçirdi- FOTO

Tanınmış şair, jurnalist, Manevr.az saytının baş redaktoru Namiq Dəlidağlı ürək əməliyyatı keçirib.
Qeyd edək ki, bir neçə gün əvvəl hipertonik kriz dioqnozu ilə xəstəxanaya yerləşdirilən N.Dəlidağlı müalicədən sonra evə buraxılıb. Ancaq səhhətinin yenidən pisləşməsi ilə əlaqədar Bakıda klinikaların birində müayinədən keçib. Ürəyində ciddi problem olduğu aşkarlanıb. Bu gün isə Mərkəzi Klinik Xəstəxanada onun ürəyinə stent qoyulub. Manevr.az-ın əməkdaşı şairin yaxınları ilə əlaqə saxlayıb, hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Allah şəfa versin!

Namiq Dəlidağlı ürək əməliyyatı keçirdi- ŞƏKİL

Paylaş: