Be. Yan 27th, 2020

Rauf Arifoğlu və İqbal Ağazadənin dairəsi xüsusi nəzarətə götürüldü – MSK-dan QƏRAR

Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınmayan Rauf Çərkəz oğlu Abbasov Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. 

Turkustan.info xəbər  verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qeyd edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, 35 saylı Xətai Seçki Dairəsindən namizədliyi qeydə alınmayan Rauf Çərkəz oğlu Abbasov  Dairə Seçki Komissiyasının onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina etdiyini bildirib.

MSK rəsmisi məsələnin Komissiyanın ekspert qrupu tərəfindən araşdırıldığını və  qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəblərinin göstərilmədiyini vurğulayıb.

Beləliklə, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Həmçinin həmin seçki dairəsinin gələcəkdə hər hansı problemlər yarada bilməməsi üçün xüsusi nəzarətə götürüləcəyi qeyd olunub.

Qeyd edək ki, sözügedən dairədən Rauf Arifoğlu və İqbal Ağazadə də seçkiyə qatılıb.    /Cebhe.info/

Paylaş: