04 Avqust 2020 15:07

Avropa Parlamentindən Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə vahid yanaşma

Bu gün Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqı Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə illik Hesabatın müzakirəsi olub. Bu Hesabat hər ilin sonunda AP-nin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanır və Plenar sessiyaya təqdim olunmamışdan öncə siyasi qruplarda və daha sonra Komitənin özündə geniş müzakirə olunur. Müzakirələr zamanı AP üzvləri mənsub olduqları siyasi qruplar adından düzəlişlər və əlavələr etmək hüququna malikdirlər. Plenar sessiyanın müzakirəsinə təqdim olunana qədər bu Hesabatın üzərində kifayət qədər əlavə və düzəliş işləri aparılır.

Ənənəvi olaraq bu Hesabatda Avropa İttifaqının ötən il ərzində xarici siyasət sahəsində apardığı fəaliyyət təhlil olunur və növbəti il üçün qarşıda duran vəzifələr və eləcə də beynəlxalq siyasətdə yer alan tendensiyalara münasibətdə  Avropa İttifaqının strategiyası müəyyənləşdirilir. Hesabat AP-də müzakirə olunub qəbul edildikdən sonra  qurumun  xarici siyasət fəaliyyəti üçün doktrinal sənəd rolunu oynayır. Bu baxımdan həmin sənədin hansı şəkildə qəbul olunması, xüsusilə də Azərbaycanın da daxil olduğu  Şərq tərəfdaşlığı ölkələrinə münasibətdə Aİ-nin siyasətində hansı istiqamətlərin müəyyən edilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Plenar sessiyada iştirak edən 704 nəfərdən  454 nəfərin lehinə və 148 nəfərin əleyhinə səs verməsi ilə qəbul olunmuş bu ilki Hesabatda Azərbaycanın maraqlarına cavab verən və ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edən bir sıra müddəalar yer alıb.  Belə ki, artıq 3-cü ildir ki, Aİ Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Hesabatında bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və ən başlıca məqam ondan ibarətdir ki, bu dəfəki sənəddə ərazi bütövlüyü məsələsi “beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində” ifadəsi ilə birgə təqdim olunmuşdur ki, bu da məhz Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Sənəddə, həmçinin,  Şərq Tərəfdaşlığına daxil olan bütün ölkələrdə münaqişələrdən əziyyət çəkən insanlara münasibətdə də eyni yanaşma sərgilənir və onlara lazımi yardımların göstərilməsinin zəruriliyi vurğulanır.

Əvvəlki illərdə olduğu kimi, bu dəfə qəbul olunmuş sənəddə də ermənipərəst qüvvələrin təklif etdiyi düzəlişlər, xüsusilə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsi yer almayıb və bu da bizim maraqlarımıza tamamilə uyğundur. Bu artıq onu göstərir ki, Şərq tərəfdaşlığı ölkələri ərazilərində baş verən münaqişələrə Aİ-nın yanaşması sabitləşmiş, bütün münaqişələrə eyni prizmadan, yəni beynəlxalq hüquq nopmaları prizmasından baxılması vahid yanaşma metodu kimi qəbul olunmuşdur.

 

Keçən il AP-ə seçkilərdən sonra FederikaMogerinin xidmət müddəti başa çatıb və Aİ-nin xarici siyasət və təhlükəsizllik məsələləri üzrə yeni Ali nümayəndəsi İspaniyanın sabiq Xarici İşlər naziri Jozef Borel seçilib. Bu sənəd cənab Jozef Borrelin öz fəaliyyətində rəhbər tutacağı vacib bir siyasi sənəddir və  yeni Ali nümayəndə tərəfdaş ölkələrə dair siyasətini müəyyənləşdirərkən mütləq qaydada bu sənədə istinad edəcəkdir. Bu sənəd Avropa Komissiyasının fəaliyyəti üçün doktrinal əsas təşkil edir və Aİ-nın Şərq tərəfdaşlığı ölkələri ilə münasibətlərinin tənzimlənməsində bir növ Yol Xəritəsi rolunu oynayır. Bu baxımdan, qəbul olunmuş sənəd Avropa Komissiyasının mövcud münaqişələrə münasibətdə bu hesabatda əks olunmuş mövqedən fərqli bir yanaşma ortaya qoya bilməsini kifayət qədər məhdudlaşdırır.

Aİ və Azərbaycan arasında hazırlanan strateji tərəfdaşlıq müqaviləsinin  siyasi  münasibətlər fəslində də Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi  təsbit edilmişdir. Bu gün qəbul olunmuş hesabatda öz əksini tapmış müddəalarAİ və Azərbaycan Respublikası arasında hazırlanan Strateji Tərəfdaşlıq Müqaviləsinin gələcəkdə AP-də müzakirəsi zamanıda əsas rolunu oynayacaq. Bu baxımdan da bu gün böyük səs çoxluğu ilə qəbul olunmuş Hesabatın ölkəmiz üçün siyasi əhəmiyyəti olduqca böyükdür. Bu kontekstdə yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının gecikdirildiyini iddia edən və bunu hakimiyyət əleyhinə istifadə etmək üçün qərəzli şəkildə şərh etməyə çalışan müxalif qüvvələr də anlamalıdırlar ki, Azərbaycan höküməti öz xarici siyasətini müəyyənləşdirərkən yalnız ölkəmizin milli maraqlarından çıxış edir. Avropa İttifaqının özü ölkəmizə qarşı siyasətində ikili standartlardan uzaqlaşmayınca bizim Aİ ilə əməkdaşlığımızın dərinləşdirilməsində heç bir fayda yoxdur. Bu kimi sənədlərin qəbul olunması isə Aİ-nı gec-tez bütün Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə eyni mövqedən yanaşılmasının vacibliyinə inandırmalıdır.

 

Cavanşir Feyziyev
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin