04 Avqust 2020 15:21

Medvedev niyə məhz Putinin bu sözlərindən sonra İSTEFA VERDİ? – ŞOK DETALLAR

“Putin bundan sonrakı seçkilərdə Konstitusiyanı dəyişdirib ümumilikdə, 5-ci dəfə prezident olacaq. Plan budur. Onun bir planı daha var: Medvedevə bir daha belə bir böyük vəzifə verməyəcək. Birincisi dəqiq olmasa da, digəri konkretdir”.

Bu sözləri “Xəbər7” nəşrinin yazarı Taha Dağlı “Putin-Medvedev gərginliyinin pərdəarxası” adlı köşə yazısında qeyd edib.

Məqaləni təqdim edirik:

“Rusiyada siyasi zəlzələ oldu. Baş nazir Dmitri Medvedev Prezident Vladimir Putinin Konstitusiya islahatlarına çağırışından sonra istefa verdi. Bu hansı mənaya gəlir?

Putin 2000-ci ildə prezident seçildi, 2 dövr üst-üstə rəhbər kimi çalışdı.

2008-ci ildə isə Konstitusiyaya əsasən, namizəd ola bilmirdi. Yerinə Medvedevi seçdi. Onu namizəd etdirdi. 4 il kənarda gözləyib, Medvedevin prezident olmasını təmin etdi. Münasibətləri yaxşı idi. Olmasa, onsuz da Medvedevi öz kreslosuna oturtmazdı. 2012-ci il seçkilərində yenidən vəzifəsini geri aldı. 2017-ci ildə bir iddia ortaya atıldı. Həmin iddianın müəllifləri Putinə yaxın insanlar idi. Onun xidmət müddətində böyük mübarizə apardığı Qərb tərəfdarı oliqarxların Medvedevlə ortaq çalışdığını deyirdi o iddia sahibləri. Aralarında marağa əsaslanmış əhəmiyyətli münasibətlərin, milyardlarla dollarlıq ticarət əməkdaşlıqlarının olduğundan bəhs edilirdi. Əlbəttə, Putin kimi oliqarx ovçusu bir KQB agenti Medvedevin belə münasibətlərdə olub-olmadığını hər kəsdən daha əvvəl öyrənib.

Putinin vaxtı 2024-cü ildə başa çatır.

Amma bəlli ki, onu da uzatmaq niyyətindədir.

Buna görə Federal Məclisdə çıxış etdi. İslahat çağırışı etdi. “Önəmli qərarlar verərkən referendum keçirilsin” dedi.

Bu tövsiyəsi 2024-cü il seçkilərində qarşısını kəsən üst-üstə 2 dövr prezident seçilmə qaydasının dəyişdirilməsinə istiqamətlənmiş açıq işarədir.

“Baş nazir seçilsin, dövlət başçısı veto qoymasın, amma vəzifəsindən kənarlaşdıra bilsin”, – dedi.

“Rusiya güclü prezident ölkəsi olaraq qalmalı”, – deyə davam etdi.

Medvedev bu sözlərdən sonra istefa verdi.

Putin bundan sonrakı seçkilərdə Konstitusiyanı dəyişdirib ümumilikdə 5-ci dəfə prezident olacaq. Plan budur.

Bir planı daha var: Medvedevə bir daha belə bir böyük vəzifə verməyəcək.

Birincisi dəqiq olmasa da, digəri konkretdir.

Medvedevin Putinə qarşı oliqarx günahları var. Amma əsla üzərindən keçilməyəcək bir durum da var.

2011-ci ilə gedək.

“Ərəb baharı” adlanan bir proses başlamışdı.

Tam da Rusiyada prezident vəzifəsinə Putinin əmanətçisi olan Medvedevin gəldiyi dövrlə üst-üstə düşürdü.

Rusiyanın Aralıq dənizindəki iki limanı olan Liviya və Suriyada vətəndaş müharibəsi başladı. Liviyaya NATO qoşunları daxil oldu. Məhz sadəcə Yaxın Şərqi deyil, dünyanı dərindən sarsıdan belə kritik bir müddətdə Rusiyanın başında Putin yox, Medvedev vardı.

BMT-nin Təhlükəsizlik Şurası toplandı. Medvedevin Rusiyası müdaxilə qərarını veto etmədi. Üstəlik, bu, Putinə rəğmən veto edilməyən bir qərar olaraq qeydə alındı. Veto edilsə, bəlkə də Fransa Prezidenti Nikola Sarkozi Liviyaya hücum cəsarətini tapa bilməzdi. Medvedev BMT Təhlükəsizlik Şurasında tək kəlməsi ilə dayandıra biləcəyi müdaxilənin yolunu açmışdı. Putin isə kənarda izləyirdi və NATO müdaxiləsi üçün “bu, bir xaçlı yürüşüdür” deyirdi.

16 mart 2011-ci ildə Suriyada xalq ayağa qalxdı.

19 mart 2011-ci ildə isə NATO Liviyaya hücum etdi.

Rusiyanın Aralıq dənizindəki iki əhəmiyyətli limanı qərbin mühasirəsində idi.

Putin 2012-ci ildə yenidən vəzifəyə gələndə əvvəlcə Suriyaya, daha sonra Liviyaya əl atdı”. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin