Be. Yan 27th, 2020

Vəkilovların nümayəndəsi də namizəd oldu

Hüquqşünas Səməd Vəkilovun namizədliyi qeydə alınıb.

Bu barədə Axar.az saytına Səməd Vəkilovun seçki qərargahının rəhbəri, polkovnik, S.Vurğun Fondunun vitse-prezidenti Mehman Mənsurov məlumat verib. M.Mənsurov bildirib ki, 28 saylı Sabunçu Dairə Seçki Komissiyasının bugunkü qərarı ilə hüquqşünas Səməd Vəkilovun 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, tanınmış hüquqşünas Səməd Vəkilov Səməd Vurğunun da mənsub olduğu Vəkilovlar nəslindəndir.

Paylaş: