Ç. Fev 26th, 2020

Anar Əsədli seçki platformasını açıqladı

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin seçki platforması açıqlanıb. Məlumata görə, 7 bənddən ibarət platformada namizədin deputat seçiləcəyi təqdirdə görəcəyi işlər sadalanıb.

Platformada Anar Əsədlinin Milli Məclisdə dövlət və seçicilər arasında körpü olacağı, Milli Məclisdə seçicilərinin problemlərini daim dilə gətirərək, həllinə çalışacağı vurğulanıb. Bundan başqa, onun Azərbaycanın ən böyük problemi olan işğal olunmuş ərazilərimizlə bağlı mövcud durumu ön planda tutacağı diqqətə çatdırılıb. Platformada namizədin şəhid və qazi ailələrinin vəziyyətini daim gündəmdə saxlayacağı, seçiciləri üçün yeni iş imkanları və biznes fürsətlərinin yaradılması naminə təşəbbüslərlə çıxış edəcəyi, gənclərin təhsil imkanlarını və məşğulluq səviyyəsini qaldırmağa, seçicilərin keyfiyyətli tibbi xidmətdən faydalanmasına çalışacağı, qadın və uşaq hüquqlarının müdafiəçisi olacağı xüsusi qeyd olunub.

Platformanın tam mətnini sizə təqdim edirik:

  1. Yeniləşən Milli Məclisdə dövlət və seçicilər arasında körpü olacağam!

– Seçicilərin problemlərini Milli Məclisdə qabardaraq, onların həlli istiqamətində aktiv şəkildə fəaliyyət göstərəcəyəm;

– Milli Məclisdə qanunlar qəbul edilərkən ictimai rəyin əsas aldığı fikirlərin bu qanunlarda əks olunmasına dair görüşlərimi səsləndirəcəyəm;

– Milli Məclisdə seçicilərimin bir başa sosial-iqtisadi vəziyyətinə təsir edəcək yeni qəbul olmuş qanunlarla bağlı maarifləndirici tədbirlər həyata keçirəcəyəm;

– Seçicilərin problemlərini öyrənmək və həllinə nail olmaq üçün müntəzəm olaraq həm real, həm də virtual görüşlər təşkil edəcəyəm.

  1. İşğal olunmuş ərazilərimizlə bağlı mövcud durumu ön planda tutacağam!

– Azərbaycanın işğal olunmuş ərazi probleminin həlli istiqamətində beynəlxalq tədbirlərdə xalqımızın haqqını, dövlətimizin səsini diqqətə çatdırmaq üçün mövqe nümayiş etdirəcək, xaricdə yaşayan yurddaşlarımızla birgə Qərb ölkələrində aktiv fəaliyyət proqramları müəyyənləşdirəcəyəm.

– Vətəndaşların, xüsusən işğal altında olan bölgələrimizin sakinlərinin torpaqlarımızı işğaldan azad etməyə daim hazır olması, gənclərimiz arasında vətənpərvərlik, döyüş ruhunun yüksək tutulması üçün lazımı addımlar atacağam.

– Zəngilan və Qubadlının mədəni-tarixi abidələri, adət-ənənələri, tarixi, görkəmli şəxsiyyətlərinin unudulmaması üçün təbliğat proqramı tərtib edəcəyəm.

  1. Şəhid və qazi ailələrinin vəziyyətini daim gündəmdə saxlamağa çalışacağam!

– Şəhid və qazi ailələrini narahat edən məsələləri gündəmdə saxlayacaq, problemlərini aidiyyəti orqanlara çatdıracaq və ədalətli şəkildə həllinə nail olmağa çalışacağam.

– Şəhid və qazi ailələrindən olan seçicilərimin təsərrüfat təyinatlı torpaq sahələri ilə təmin edilməsi üçün bölgə əhalisinin sıx məskunlaşdığı ərazilərin bələdiyyə və icra orqanları ilə əməkdaşlıq quracağam. Eyni zamanda, parlamentdə Bakı ətrafında və regionlarda təsərrüfat təyinatlı torpaqların güzəştli şəkildə məcburi köçkünlərə verilməsi barəsində məsələ qaldıracağam.

– Şəhid övladlarının ali məktəblərə hazırlığı məqsədi ilə pulsuz kursların təşkil edilməsi istiqamətində işlər qurmağa çalışacağam.

  1. Seçicilərim üçün yeni iş imkanları və biznes fürsətlərinin yaradılması naminə təşəbbüslərlə çıxış edəcəyəm!

– Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə sıx şəkildə əməkdaşlıq edərək bölgə sahibkarlarına dəstəklərin verilməsini təmin edəcəyəm.

– Bölgənin imkanlı şəxslərini Zəngilan-Qubadlı əhalisinin sıx məskunlaşdığı ərazilərdə yeni investisiya qoyuluşlarına cəlb edərək, işsiz həmyerlilərimizin işlə təmin edilməsinə çalışacağam.

– Məcburi köçkünlərə yönəldilmiş biznes kredit güzəştlərinin tətbiq olunması məqsədilə həm Milli Məclisdə məsələ qaldıracaq, həm də Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq quracağam.

  1. Gənclərimizin təhsil imkanlarını və məşğulluq səviyyəsini qaldırmağa çalışacağam!

– Gənclərimizin yerli və xarici ali məktəblərə qəbulu üçün güzəştli təhsil kursları təşkil edəcəyəm.

– Bölgənin imkanlı şəxslərinin maddi və mənəvi dəstəyi ilə təqaüd proqramı təşkil edəcək, bu proqram vasitəsilə xaricdə təhsil alan zəngilanlı-qubadlılı gənclərin sayını artırmağa çalışacağam.

– Zəngilan-Qubadlı sakinlərinin sıx məskunlaşdığı ərazilərdə ən azı bir peşə liseyi açılması yönündə aktiv fəaliyyət göstərəcək, həmin peşə liseylərinin məzunlarının işlə təmin olunması üçün biznes subyektləri ilə əməkdaşlıq edəcəyəm.

– Gənclərin “Startup” ideyalarının maliyyələşməsi, texniki və bürokratik dəstəklərin verilməsi məqsədilə inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq quracağam.
6. Seçicilərimin keyfiyyətli tibbi xidmətdən faydalanmasına çalışacağam!

– Milli Məclisə ASAN Xidmət tipli tibb mərkəzinin yaradılması yönündə layihə təqdim edəcəyəm.

– Bölgədən olan imkanlı şəxslərin, xüsusilə xaricdə yaşayan həmyerlilərimizin dəstəyi ilə aztəminatlı Zəngilan-Qubadlı sakinlərinin sağlamlıq problemlərinin həllinə səy göstərəcəyəm.

– Bürokratik prosedurların sadələşdirilərək, təqaüdçülərin dövlət hesabına sanatoriyalara göndərilməsi məsələsini gündəmə gətirəcəyəm.

  1. Qadın və uşaq hüquqlarının müdafiəçisi olacağam!

– Cəmiyyətimizin həssas nöqtələrindən olan qadın və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün maarifləndirici tədbirlər təşkil edəcək, bu sahədə qanunvericiliyin tələblərinin sərtləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edəcəyəm.

– “Sağlam və xoşbəxt qadın – sağlam və xoşbəxt toplum” prinsipinə söykənərək, qadınların öz icmalarının sosial-iqtisadi həyatında aktivliyini təmin etməyə çalışacaq, qadın sahibkarlara dövlət dəstəyinin verilməsinə dair məsələni parlamentdə daim gündəmdə saxlayacağam.

– “Qadın və uşaq zorakılığına qarşı sıfır tolerans” anlayışı ilə hərəkət edəcək, zəruri hüquqi sanksiyaların qətiyyətlə tətbiq edilməsi  üçün bu mövzunu diqqətdə saxlamağa çalışacağam.

 

Paylaş:

mersin escort bayan mersin escort