Ça. Mar 31st, 2020

Deputatlığa namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirib – FOTOLAR

84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd iqtisadçı alim Vüqar Bayramov bu gün Sumqayıt şəhərində seçicilərlə görüşüb. Görüşdə Vüqar Bayramovun vəkilləri, Füzuli rayonunun ziyalıları – iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev, həmin universitetin kafedra müdiri Qalib Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri İlqar Xəlilov və Yusif İbrahimov iştirak ediblər.

Əli Nuriyev Vüqar Bayramovun ölkənin tərəqqəsi, inkişafı üçün çalışıdığını bildirərək seçiciləri ona səs verməyə çağırıb: “Bu gün hər bir azərbaycanlı Vüqar Bayramovu Azərbaycanın sosial və iqtisadi həyatında baş verən proseslərə dair televiziyada verdiyi şərhlərdən yaxşı tanıyır. Açığı deyim ki, bu şərhlər dilin səlisliyi, aydınlığı, təhlilin peşəkarlığı və baş verən proseslərə obyektiv münasibətlə diqqətimi yaxından cəlb edir. Onun ali təhsili və ali təhsildən sonrakı fəaliyyəti özündə milliliklə dünyəviliyi üzvü surətdə birləşdirir.Tarixi təcrübədə çoxdan sübut olunub ki, öz fəalliyyətində yaşlı nəslin müsbət təcrübəsini orta nəslin təşkilatçılıq qabiliyyəti və gənc nəslin işgüzarlığı ilə birləşdirib istifadə edən xalqlar həyatda böyük uğur qazanırlar. Biz inanırıq ki, Vüqar müəllim orta nəslə məxsus böyük təşkilatçılıq fəaliyyətini özünün alim təfəkkürü, alim narahatlığı ilə birləşdirirərək bundan sonra da xalqımızın tərəqqəsinə və inkişafına böyük fayda verəcəkdir. Vüqar Bayramovun Milli Məclisə seçkilərdə uğur qazanacağına inanır, əziz həmyerlilərimi fevralın 9-da ona səs verməyə çağırıram.”
Deputatlığa namizədin digər vəkilləri də Vüqar Bayramovun fəaliyyətindən və əldə etdiyi nailiyyətlərdən danışıblar.

Sonra Vüqar Bayramov seçki platformasını, fəaliyyət planlarını seçiciləri ilə bölüşüb: “Siz seçicilərin problemləri eyni zamanda mənim problemimdir. Məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, eyni zamanda iqtisadi inkişaf və sosial müdafiə proqramlarının təkmilləşdirilməsinə yönəlik tədbirlər həyata keçirməklə, seçicilərimin problemlərinin həllini sürətləndirməyə çalışacağam. Hazırda ölkəmizdə həyata keçirilən islahatlara dəstək məqsədilə irəli sürdüyüm təkliflər də iqtisadi inkişafın gücləndirilməsi və sosial problemlərin aradan qaldırılmasına yönəlib. Mən Sizi 9 fevralda seçkilərə gəlməyə və layiqli hesab etdiyiniz namizədə səs verməyə səsləyirəm.”

Sonda seçicilərin suallarını cavablandıran Vüqar Bayramov daim onların narahat edən problemlərin həllinə yönəlik addımlara atacağını bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış iqtisadçı ailimi Vüqar Bayramov Azərbaycan Dövlət İqtisad və Vaşinqton universitetlərində təhsil alıb. Qurucusu olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzi Cənubi Qafqaz və Orta Asiyanin ən güclü beyin mərkəzidir və regional qurumlar arasında Harvard Universitetinin rəsmi katoloquna daxil edilən ilk araşdırma mərkəzidir.

Deputatlığa namizəd Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirib -

Paylaş:

mersin escort bayan mersin escort