14 İyul 2020 14:39

Öz layiqli namizədinizə səs verin!

TANRININ MƏRHƏMƏT VƏ ÜMİDİNƏ SIĞINARAQ, Qadın Qeyrətinə, Qadin Ləyaqətinə arxalanaraq öz layiqli namizədinizə səs verin!

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Nəsirova İradə Polad qızı 1967-ci ildə Laçın rayonunda ziyalı ailəsində anadan olub. Ali təhsillidir. “Mərhəmət” Kİmsəsizlərə Yardım İctimai Birliyinin sədridir. “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru vəzifəsində çalışır. Əmək fəaliyyətinə 1984-cü ildə fəhlə kimi başlayan İradə Nəsirova, ali təhsil aldıqdan sonra 1995-ci ilə qədər müəllim kimi çalışıb. 1995-ci ildən 2005-ci ilə qədər Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Xilasetmə Komitəsinin Azərbaycandakı filialında proqram rəhbəri vəzifəsini icra edib. Azərbaycanın müxtəlif reqionlarında məcburi köçkünlərlə işləyib, yüzlərlə xeyriyyə tədbirlərinin iştirakçısı olub, səhiyyə, təhsil, infrastruktur, kənd təsərrüfatı, təmir–tikinti sahələrində bir sıra layihələrə qatılıb. Müharibə şəraitində yaşayan ölkəmizi xarici dövlətlərdə layiqincə təmsil edib. Ailəlidir 2 övladı 3 nəvəsi var.

İradə Nəsirova köçkünlük həyatının acısını dadan bir anadır. Öz bilik və bacarığını doğma xalqının rifahına yönəldən İradə xanımın fəaliyyətinin əsas məqsədi az təminatli və yoxsulluq həddində yaşayan ailələrə sosial problemlərinin həlli yollarının tapılması, sosial problemlərin həllinə və inkişafına xidmət edən, eləcə də yetkinlik yaşına çatmış uşaq evi məzunlarının yaşayış yeri və işlə təmin olunmasına kömək edən layihələrin hazırlanması və həyata keçirilməsi, kimsəsiz insanların, əlilliyi olan müharibə veteranlarının, şəhid ailələrinin işlə təmin olunmasına yardımedilməsi, tənha yaşlı insanlara sahib çıxaraq onlara qayğı göstırilməsi, əhalinin ahıl təbəqəsi və qocalar evində yaşayan şəxslərin problemləri ilə maraqlanaraq, bu sahədə onlara dəstək olunması, həmçinin sağlamlıq imkanları məhdud uşaqalar üçün rayonlarda yerli qayğı mərkəzlərinin açılmasıdır.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Nəsirova İradə Polad qızının seçicilərinə müraciəti:

“Hörmətli Seçicilərim! Mən doğma Azərbaycanıma xidmət göstərmək amalı ilə Parlament seçkilərində iştirak etmək qərarı vermişəm. Söz verirəm ki, millət vəkili seçilsəm, Hacıqabul və Kürdəmir rayonları üşün əlimdən gələni edəcəyəm.

Sevimli Seçicilərim, mən prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü ardıcıl siyasəti dəstəkləyirəm, millət vəkili statusuna sahib olmaqda əsas məqsədim isə Azərbaycanın ərazi bütövlüyü və iqtisadi müstəqilliyini təmin edən qanunların qəbul olunmasında yaxından iştirak etməkdir. Söz verirəm ki, millət vəkili seçiləcəyim təqdirdə, mən də bu qanunların qəbul olunması və həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm, həmçinin Hacıqabul–Kürdəmir rayonlarında çoxsaylı problemlərin həll edilməsində rayon rəhbərliyinə yaxından kömək edəcəyəm. Bir vəkil kimi onların sözünü aidiyyatı təşkilatlara, nazirliklərə və yerli müəsissələrin çatdıracağam.

Əhalinin maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycanda orta əmək haqqı və təqaüdlərin artırılması, minimum yaşayış səviyyəsinin yüksəldilməsinə yönələn təkliflərllə dövlət qurumlarına müraciət edəcəyəm.

Qeyd edim ki, respublikamızda insane haqlarının, xüsusi ilə də qadın haüquq və azadlıqalrının qorunması yolunda daim mübarizə aprıram, bundan sonra da aparacağam. Hər bir azərbaycanlının intellektual səviyyəsini nəzərə almaqla, ölkə vətəndaşlarının layiqli yaşayışı üçün sosial ədalət prinsipləri əsasında qanunvericilk və normativ hüquqi aktlar hazırlamaga səy göstərəcəyəm. Hacıqabul və Kürdəmir rayonlarında yaşayan əhalinin səhiyyə, təhsil, mədəniyyət, mənzil, torpaq, yol, su və digər sosial hüquqlarının qorunmasına nail olmaq üçün təcrübə və bacarığımı əsirgəməyəcəyəm.

Millət vəkili seçilsəm, Azərbaycanın ərazi bütövlüyünü, iqtisadi inkişafını, dünya siyasi arenasında daha çox tanınmasını təmin edən Beynəlxalq qanun və sazişlərin imzalanmasında yaxından iştirak edərək, xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edəcəyəm. Mİllət vəkili seçilsəm, saysız çətinliklərlə üzləşən xalqıma, vətənimə böyük sevgi ilə xidmət göstərəcəyəm.”

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin