Ç. Fev 26th, 2020

Putinin Rusiya ilə bağlı gələcək planı budur – Politoloq

Hadisələr göstərir ki, siyasi varis prinsipi indi o qədər də effektli deyil. Bu baxımdan düşünmürəm ki, Putin Mixail Mişustini baş nazir postuna gətirməklə onu öz varisi təyin edir. Sadəcə olaraq, Mişustinin Putinin siyasi kursunun tələblərinə cavab verə biləcək səviyyədə olması bu təyinata səbəb oldu. Çünki Mixal Mişustin Rusiyada çox sərt rəhbər, yaxşı natiq və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala biləcək şəxs kimi tanınır. Bu da təbii ki, Putinin standartlarına cavab verən özəlliklərdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Dmitri Medvedyevin istefaya göndərilməsi və Mixal Mişustinin Rusiyanın baş naziri təyin olunması haqqında danışarkən deyib. O bildirib ki, Rusiyada bir neçə ildir hökumətin dəyişməsi prosesi gedir:

“Buna hökumətin yeniləşməsi də demək olar. Köhnə simalar – 2000-ci illərin əvvəlində hakimiyyətə gələn şəxslərin yerinə yeni nəslin nümayəndələri gəlir. Bu, bir çox ölkələrdə baş verən proseslərdir. İndiki məqamda Putinin hökuməti istefaya göndərmək qərarı isə düşünürəm ki, Medveydevin onun siyasi düşüncələrinə, hədəflərinə cavab verməməsi ilə bağlı oldu.

Həmçinin, Putinin prezidentlik müddəti 2024-cü ildə başa çatır. O özü də başa düşür ki, hakimiyyətdə daimi qala bilməyəcək. Bu baxımdan Putin həm yeni nəslin hakimiyyətə gəlişini təmin edir, həm də siyasətin yeni qaydalarının müəllifi olmağa çalışır. Bunu da ona görə edir ki, ölkə gələcəkdə onun təyin etdiyi qayda-qanunlarla idarə olunsun. Yəni ölkənin idarəçiliyinə prezidentlik müddəti başa çatdıqdan sonra da təsir edə bilsin”.

Politoloq yeni baş nazirin Rusiyanın xarici, xüsusilə Qərb və Avropa ölkələri ilə siyasətinə təsiri haqqında da danışıb:

“Əslində, düşünmürəm ki, Mixal Mişustinin baş nazir olmasından sonra Rusiyanın xarici siyasətində elə də böyük dəyişiklik olacaq. Çünki Rusiyada baş nazir texniki fiqur sayılır. Ölkənin əsas idarəçisi prezidentdir. İstər xarici, istərsə də daxili siyasətdə Putinin qərarları icra edilir. Amma gələcəkdə ola bilər ki, baş nazirin səlahiyyətləri artırılsın. Bu baş versə, əlbəttə ki, Rusiyanın xarici siyasətində dəyişiklik olacaq. Çünki istər-istəməz yeni düşüncə, yeni ideyaların olması ölkənin idarəçiliyi ilə yanaşı, onun xarici siyasətinə də müəyyən qədər təsiri olur”.

Paylaş:

mersin escort bayan mersin escort