Bz. Fev 16th, 2020

Qənirə Paşayeva görüşlərə bu kəndlərdən başladı – FOTOLAR

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

Hər 3 kəndi gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva deyib: “Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım”.

Daha sonra kənd sakinlərinin qayğılarını dinləyən Q. Paşayeva ölkəmiz güclənir və yaxın zamanlarda həllini gözləyən problemlərin də öz həllini tapacağına inandığını deyib. Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və ümumiyyətlə Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib. Q.Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndlərinin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib. Görüşdə yüzlərlə kənd sakini, ziyalılar Q.Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb. Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva bir sıra şəhid ailələr, müharibə əlil və veteranlarını da ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sizin dəstəyiniz mənim üçün mənəvi olaraq çox önəmli dəstəkdir deyən Q.Paşayeva hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Seçicilər yenə seçimlərinin millət vəkili Qənirə Paşayeva olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Paylaş: