Bz. Fev 16th, 2020

Bakıda kişinin şantaj etdiyi iki qadın intihar etdi – Təfərrüatlar

Bakıda iki qadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Sadıq Hüseynova cinayət işi açılıb.

Turkustan.info xəbər verir ki, Binəqədi rayon Prokurorluğu tərəfindən Sadiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Şübhəli şəxs qismində həbs olunan Sadiq Hüseynov rayon ərazisində iki qadını şantaj etməkdə, şantajlarından bezən hər iki qadın özlərini asaraq öldüyü müəyyən olunub.

Sadiq Hüseynovun barəsində cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vüqar Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.     /Teleqraf.com/

Paylaş: