Be. Fev 17th, 2020

Baş Prokurorluğun xəbərdarlıq etdiyi saytın 2 əməkdaşı işdən qovuldu

Xəbər verdiyimiz kimi bu gün Oxu24.com saytının təsisçisi və baş direktoru  Məcidov Mircəlal Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

Saytın təsisçisi dəqiqləşdirilməmiş məlumatı saytda yayımladığına görə, iki əməkdaşı tutduğu vəzifədən azad edib və gələcəkdə bu kimi nöqsanlara  yol verməmələri barədə sayt əməkdaşlarına ciddi xəbərdarlıq edib.

Oxu24.com  rəhbərliyi  yaranmış  xoşagəlməz  vəziyyətə  görə, güc stukturu  rəhbərliyindən  və  oxuculardan  üzr  istəyir.

Paylaş: