Be. Fev 17th, 2020

Bu əlamətlər varsa, deməli, damarlarınız 90 faiz pis işləyir – SİYAHI

Zəif, pis və yaxşı, güclü damarlar anlayışı tibdə neyrosirkulyar distoniya kimi diaqnoz olunur.
Bu qan dövranı pozğunluğu olub, damar tonusu və keçiriciliyinin işində zəifləmə, çökmələrlə bağlıdır.
Hansl əlamətlərin damarlarınızın yaxşı olmadığını göstərdiyini təqdim edirik:
– Ara-sıra baş gicəllənmələr
– Başda ağırlıq hissi
– Yelənmə hissi
– Bədənin vəziyyətini qəfil dəyişəndə gözlərdə qaralma, ikiləşmə, bulanma
– İstiyə dözümsüzlük, qapalı yerdə özünü pis hiss etmək
– Soyuq əl-ayaq
– Oynaqlarda ağrı, qırılma hissi
– Meteohəssaslıq
– Halsızlıq
– Ürək döyüntülərinin artması
– Təzyiqin oynaması
– Stress, gərginlik
Damarların pis olmasının bir neçə səbəbi var: anadangəlmə və sonradan qazanılma: ağır iş, xəstəliklər, yaşla bağlı, uzun müddətli stress, əsəb, qidalanma, çox oturmaq
Damarlarda qan dövranını heç bir tablet normal hala salmır. Mütləq həyatını dəyişib, daha sağlam həyat tərzi seçməlisiz.
Hamamda isti-soyuq növbəli duş, sauna, buxar, idman, ayaq vannaları, fitnes, dieta, az yemək, stresdən uzaq olmaq damarları yaxşı işlədir. (medicina.az)

Paylaş: