18 Sentyabr 2020 14:44

Elçi Bəyin sadiq köməkçisi Oqtay Qasımovun seçki platforması

18 saylı Nərimanov-Nizami Seçki dairəsindən millət vəkillliyinə namizəd Qasımov Oqtay Yusif oğlunun

Seçki platforması

Əziz seçicilər !
Dünyada və regionda cərəyan edən proseslər, Ermənistanın 32 ildir davam edən işğalçı siyasəti nəticəsində dövlətimizin varlığına yönəlmiş təhlükələr ciddi narahatlıq yaradıb. Bununla yanaşı son dövrlər ölkədə elan olunan islahatlar və dəyişiklik siyasəti də cəmiyyətdə müəyyən gözləntilərə səbəb olub. Bunları nəzərə alaraq indiyədək qazandığım bilik və təcrübəni daha effektiv şəkildə Azərbaycan dövlətinin inkişafına yönəltməyə və “Dəyişim bir mərhələdir” şüarı ilə növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verdim. Sizin aranızdan, sizlərdən biri olaraq Millət vəkili seçiləcəyim təqdirdə daim diqqətdə saxlayacağım əsas istiqamətlər:

1.Ədalətli dövlət:

Hüquqi ədalət, qanunun aliliyinin həyatın əsas normasına çevrilməsi, müstəqil məhkəmə sisteminin bərqərar edilməsi. Dövlət hakimiyyət qollarının formalaşmasında demokratik, azad və şəffaf seçkilər vasitəsilə xalqın fəal rolunun təmin edilməsi. Haqq, hüquq və ədalət anlayışının həyatımızın əsas normasına çevrilməsi.

2.Mütərəqqi cəmiyyət:

Vətəndaşların mülkiyət toxunulmazlığı, yaşam təhlükəsizlyinin təmin edilməsi. Cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olmaqla sivil, tolerant münasibətlərin formalaşması. Sosial ədalət prinsiplərinin tətbiqi, vətəndaşların firəvan həyatının təmin edilməsi. Təhsil və səhiyyə sistemlərinin Öncə insan anlayışına uyğun qurulması. Gənclərə keyfiyyətli təhsil alma və işlə təmin olunma imkanlarının yaradılması. Milli-mənəvi dəyərlərə sahib, çağdaş bilik və texnologiyaları mənimsəmiş insan yetişdirilməsi. Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi. Pensiyaçıların həyat səviyyələrinin yüksəldilməsi. Qadınların və uşaqların hüquqlarının qorunması, uşaq pulunun verilməsinin bərpası. Evdar qadınların işgüzar fəaliyyətə cəlb edilməsi. Sosial evlərdə qiymətlərin əlçatan olması və şəffaflığın təmin edilməsi.

3. Bütöv vətən:

Ölkənin müdafiə qabiliyyətinin və hərbi gücünün artırılmasının daim dəstəklənməsi. Azərbaycan ordusunun xarici təhlükələri dəf edəcək peşəkar səviyyədə qurulmasına nail olmaqla, Dağlıq Qarabağın və digər işğal olunmuş ərazilərin azad edilməsi.
Ərazi bütövlüyümüzün təmini və tarixi ədalətin bərpası.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri