Ç. Fev 19th, 2020

MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 27 müraciət daxil olub.

Turkustan.info-nun məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

“Bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır. Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, – deyən Qasımovun sözlərinə görə, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK sədrinin müavini bildirib ki, namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımlar atılıb:

“Bütün dairələr, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib. Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklə həmin yerlərdən heç bir çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər”.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort