18 Sentyabr 2020 15:06

“Ukrayna təyyarəsi vurulmazdan az əvvəl İran sərhədləri yaxınlığında 6 F-35 uçurdu…”

Rusiyanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov İranın Ukraynaya aid sərnişin təyyarəsini raketlə vurmasını həmin saatlarda hökm sürən “əsəbi və gərgin situasiya” ilə izah edib.

RİA Novosti-nin xəbərinə görə Lavrov deyib ki, təyyarə vurulmazdan az əvvəl İran sərhədləri yaxınlığında havada ABŞ-ın 6 F-35 qırıcısı uçurdu.

Onun sözlərinə görə, İran sərhədləri yaxınlığında F-35 qırıcılarının uçması həmin vaxt hökm sürən əsəbi və gərgin vəziyyəti əks etdirir.

“Həmin vaxt İranın hava sərhədləri yaxınlığında azı 6 F-35 qırıcısı vardı. Bu informasiyanı hələ dəqiqləşdirmək lazımdır, amma situasiyanın nə dərəcədə əsəbi olduğunu, İranın ABŞ-dan cavab zərbələri gözlədiyini göstərir”,-Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin səlahiyyətlərini icra edən Lavrov Amerika “stels” qırıcılarının necə aşkarlandığı haqda danışmayıb. Amma bu deyilənlər doğrudursa ehtimal edilir ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri İranın qərb sərhədlərindən azı 3 min kilometr məsafədə dislokasiya edilmiş “Konteyner” RLS vasitəsilə F-35 qırıcılarını qeydə ala bilərdilər.

Xatırladaq ki, yanvarın 8-də gecə saatlarında İran general Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın İraqdakı aviabazalarına ballistik raketlərlə zərbələr endirib. Bundan bir neçə saat sonra Tehran aerportundan Kiyevə reys həyata keçirmək üçün havaya qalxan Ukrayna sərnişin təyyarəsi İranın Hava Hücumundan Müdafiə qüvvələrinin “Tor-M2” zenit-raket kompleksi ilə vurulub. İnqilab Keşikçiləri Korpusu kompleksin operatorunun təyyarəni Amerika qanadlı raketi zənn edib vurduğunu açıqlayıb. 176 sərnişin və heyət üzvü həlak olub.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri