Be. Fev 24th, 2020

Musa Quliyev şəhid ailələrini ziyarət etdi

Gəncənin millət vəkili, Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Musa Quliyevin seçicilərlə evdən- evə görüşləri davam edir. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd M.Quliyev yanvarın 19- da şəhid kəşfiyyatçı Fərid Şabanovun anası Qətibə xanımla, 20 yanvar şəhidi Valeri Boqdanovun anası Valentina Boqdanova ilə, həmçinin 1- ci qrup Qarabağ əlili Rauf Qəmbərovla görüşmüş, son illərdə ölkəmizin əldə etdiyi uğurlar və qarşıdan gələn seçkilər barədə onlarla fikir mübadiləsi aparmışdır. Çox səmimi keçən görüşlərdə şəhid anaları və Qarabağ qazimiz ölkəmizdəki sabitlik və inkişafdan danışmış, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Deputatlığa namizəd Musa Quliyevin növbəti görüşü Natəvan qəsəbə sakinləri ilə olmuşdur. Qəsəbə sakinləri Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəklədiklərini bildirmiş, eyni zamanda qəsəbə infrastrukturunun yaxşılaşdırlıması ilə bağlı təkliflərini diqqətə çatdırmışlar.

 

Paylaş:

mersin escort bayan mersin escort