01 Oktyabr 2020 02:25

Bərdə seçiciləri Zahid Orucu belə qarşıladılar – FOTOLAR

9 fevralda baş tutacaq növbədənkənar prlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürmüş millət vəkili Zahid Oruc təbliğat-təşviqat kampaniyasına başlayıb.

Turkustan.info xəbər verir ki, Zahid Oruc seçki kampaniyası çərçivəsində seçki qərargahının üzvləri və vəkilləri ilə Bərdənin məşhur kəndlərindən biri – “32-lər”ə gəlib. O, ilk növdə 4 ildə görülən işlərdən bəhs edərək, hesabat verib. Millət vəkili hesabatında “32-lər – Xanqaraqoyunlu” kənd orta məktəbinin təmirindən, kəndin mavi qazla təmin olunmasından danışıb. Bərdənin bu bölgəsinin suya olan böyük ehtiyacını qarşılamaq üçün iki ədəd artezian quyusunun qazılmasının və su ilə ərazinin təmin olunmasını nəzərə çatdırıb. Bütün göülən işlər görüşlərdə də əhali tərəfdən çox böyük rəğbətlə qarşılanıb.

Görüş ərzində Zahid Orucun vəkilləri illər ərzində nümayəndəsi olduqları şəxsin genişşaxəli fəaliyyətinə toxunublar. Parlamentdə xalqın iradəsini təmin etməsi, ictimai-siyasi məkanda hər zaman təşəbbüskarlığı ilə seçilməsi, seçicilərlə daim təmasları, hər zaman ünsiyyət körpüsünü qoruyub, saxlaması, mütəmadi olaraq bölgə ilə sıx əlaqədə olmasını çox müsbət hal kimi dəyərləndiriblər. Onun çalışmalarının insanlar tərəfindən həmişə isti qarşılandığı bildirlib. Həmçinin Bərdə təmsilçisinə dövlət rəhbəri tərəfindən yüksək qiymət verilərək onun mühüm bir tədqiqat mərkəzinə rəhbər təyin olunması da ayrıca vurğulanıb və bunu insanların, cəmiyyətin düşüncələrinin dövlətə çatdırılmasında Z. Orucun üzərinə qoyulan məsuliyyət kimi qiymətləndiriblər.

Görüşdə çoxlu təkliflər, təşəbbüslər və s. səsləndirilib. Əsasən ziyalıların, müəllimlərin, kəndin nüfuzlu şəxslərinin iştirak etdiyi görüş kifayət qədər canlı, interaktiv, diskussiyalarla davam edib. Yüzdən artıq sakinin qatılığı görüşdə “Hacıəhmədli”, “Vəliuşağı” və “Bayramlı” sakinləri də iştirak ediblər. 2. “Kolayır” kəndindən baş tutan görüşdən əvvəl millət vəkili Zahid Oruc evi qəzalı vəziyyətdə olan kənd sakini Nizami Əliyevin evinə baş çəkib və vəziyyətlə əyani olaraq tanış olub, eyni zamanda evdə böyüyən fiziki məhdudiyyətli körpənin problemləri ilə maraqlanıb. Onun problemlərinin həlli ilə bağlı yerindəcə müvafiq qurumlarla əlaqə saxlayaraq, dəstək verilməsini həyata keçirib. Daha sonra əhali ilə görüşdə əksəriyyəti sosial müdafiə xarakterli olan problemlərin həllli üçün və kənddə pay torpaqlarının qeydiyyatı ilə bağlı yaranan məsələlərin həlli üçün müvafiq qurumlarla danışıqlar apararaq, həllinə nail olub. Görüşdə “Mollaməmmədli”, “Sərkarlar”, “Gülgızli” və “Mollaisalı” kəndinin 120-dən artiq sakin iştirak edib. 1. “Mustafaağalı” kəndində növbəti görüşünü keçirən millət vəkili əhali tərəfindən çox böyük dəstək aldığının şahidi olub. Kəndin mavi qazla təmin olunması, elektrik enerjisinin verilməsində yaranan problemlərin həll edilməsi, nahamar yolun düzəldilərək, asfaltlaşdırılması və s. kimi həllini tapmış problemlər görüşdə ayrıca vurğulanıb. Görüşdə “Arabaçılar” kəndinin də sakinləri iştirak ediblər. 4. “Qaradırnaq” kəndində su təminatı və millət vəkilinin təşəbbüsü ilə “Azərsu” tərəfindən çəkilən bulaqların durmu ilə tanış olmaq üçün əhalinin iştirakıyla əraziyə baş çəkib. Təkliflər nəzərə alınaraq həlli ilə bağlı real təminatlar verilib.

Görüş zamanı o da qeyd edilib ki, 2009-cu ildə tikilmiş məktəbin inşası zamanı icraçılar cinayətə yol verərək inşaat materiallarını mənimsəyiblər və nəticədə məktəb bu gün ciddi problemlərlə üzləşib. Z. Oruc məsələ ilə bağlı prokurorluq orqanlarlna müraciət ünvanlayıb. Eyni zamanda buranın qazla təminatının həlli üçün dövlət proqramından faydalanmaqla problemin həlli üçün məsələ qaldırıb. Millət vəkili ilə görüşə “Hacılar” və“Hüseynalılar” kəndlərinin 100-dən artıq sakini də qatılıb. 5. “Xanərəb” kəndində də ziyalılarla görüşdə diskussiya davam edib, obyektiv fikirlər səslənib. Yeni məktəb tikintisi ilə bağlı dövlət qurumlarına müraciət qərarı verilib. Xanərəb kəndinin yollarının asfaltlanması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi da qərara alınıb. Çıxışlarda ölkədə başlanan islahatların kəndlərə, bölgələrə təsirinin çatdığı bildirilib. O da qeyd edilib ki, başlanmış aşkarlıq siyasəti, dövlətin ləkəli məmurlardan təmizlənməsi, debat mühiti bölgələrə qədər gəlib, çatıb və prezientin bu baxışlarına çox ciddi dəstək nümayiş etdirilir. Bu görüşə isə “Xanərəb”lə yanaşı, “Əmirli”” və “Şərifli” sakinləri də qatılıblar.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri