Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.info “oxu.az”a istinadən xəbər verir ki, hadisə zamanı “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb.

Qəza nəticəsində sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Sosial şəbəkələrdə Ş.Hacıyevin ona məxsus “Niva” markalı avtomobil ilə “avtoşluq” etdiyi görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik: