01 Oktyabr 2020 02:03

Hazırlaşın – artıq aldığınız mala xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq

Fiziki şəxs olan istehlakçılara aldıqları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur

 Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılan məbləği nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Qeyd edək ki, yanvarın 16-da İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkədə nəzarət kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır: “Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Nəzarət kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir”.

Vergilər nazirinin müavini İlkin Vəliyev isə deyib ki, ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq: “Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Eyni zamanda, 2021-ci ilədək bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq”.

Ekspertlər fiziki şəxs olan istehlakçılara ƏDV-nin bir hissəsinin qaytarılması məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert İsmayıl Bağırov deyib ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinin tətbiqinin fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını və POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyəni genişləndirmək kimi iki əsas məqsədi var: “Birinci məqsədin mahiyyəti odur ki, fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını stimullaşdırmaq, ƏDV ödəyicilərinin gəlirlərinin (mənfəətlərinin) artdığını göstərməklə pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərində ƏDV ödəyicisi olmaq üçün maraq yaratmaqdır”.

“İkinci məqsəd POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsi nəticəsində vergidən yayınmanın məhdudlaşdırılması və büdcəyə vergi daxilolmalarının artmasıdır. Bu maddəyə əsasən, güzəştin tətbiq edilməsi üçün ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir”, – deyə ekspert qeyd edib.

O bildirib ki, 165.5-ci maddədə nəzərdə tutulan güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə daha çox gəlir (mənfəət) əldə etmək imkanı qazandırır, fiziki şəxs olan istehlakçılara isə aldıqları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur.

Ekspert buna misal çəkərək deyib ki, məsələn fiziki şəxs Azərbaycanda fəaliyyət göstərən ticarət mağazasından 11.800 manatlıq ƏDV-li (9.440 manat nağdsız dövriyyə, 2.360 manat nağd dövriyyə) mallar alıb. Bu halda, fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin fiziki şəxsə qaytarılan məbləğini hesablamaq üçün əvvəlcə nağdsız qaydada ödənilmiş ƏDV bu cür hesablanacaq: 9.440 manat (nağdsız dövriyyə) x 18/118 = 1.440 manat (nağdsız dövriyyə üzrə ƏDV). Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyədən hesablanan ƏDV-yə 15 faizlik güzəşt faizini tətbiq edirik: 1.440 manat (nağdsız dövriyyədən hesablanan ƏDV) x 15% =216 manat (fizikə şəxsə nağdsız dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği).

Ekspert bildirib ki, indi isə nağd qaydada ödənilmiş ƏDV-ni hesablayaq: 2.360 manat (nağd dövriyyə) x 18/118 = 360 manat (nağd dövriyyə üzrə ƏDV). Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağd dövriyyədən hesablanan ƏDV-yə 10 faizlik güzəşt faizini tətbiq edirik: 360 manat (nağd dövriyyədən hesablanan ƏDV) x 10% = 36 manat (fiziki şəxsə nağd dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği).

Deməli, fiziki şəxs olan istehlakçıya qaytarılacaq cəmi ƏDV məbləği 216 + 36 = 252 manat təşkil edəcək.

Qeyd edək ki, burada 100% – ƏDV nəzərə alınmadan malın qiyməti; 18% – ƏDV-nın məbləği; 118% – isə ƏDV nəzərə alınmaqla malın qiymətidir.

İqtisadçı-ekspert Anar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bunun tətbiqi 2019-cu ildən nəzərdə tutulub, sadəcə yeni nəsil kassa aparatlarının quraşdırılması bir az gec çəkib: “Burada texniki məsələlər var. Yeni nəsil kassa aparatları ilk mərhələdə iri alış-veriş mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və bu tipli yerlərdə quraşdırılıb. İkinci mərhələdə isə bunun marketlərdə quraşdırılması nəzərdə tutulub. Hələlik bütün yerlərdə yeni nəsil kassa aparatlarına tam keçilməyib. Vətəndaş isə ancaq yeni nəsil kassa aparatlarının çeki ilə ƏDV-ni geri ala bilər. Bu, köhnə kassa aparatlarına aid deyil. Artıq vətəndaşlar yeni nəsil kassa aparatlarının çeklərini yığa bilərlər”.

“Məsələn, yanacaqdoldurma məntəqələri buraya aid edilməyəcək, çünki bu, neft və qaz məhsullarına aiddir. Neft və qaz məhsulları burada istisna təşkil edir və onun ƏDV-si vətəndaşa geri qaytarılmayacaq”, – deyə o əlavə edib.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri