Ca. Apr 9th, 2020

Medvedyevin yeni vəzifəsi PUTİNİN “SAĞ ƏLİ” OLDU

Rusiya Dövlət Duması yanvarın 20-də keçmiş Baş nazir Dmitri Medvedyevin tutacağı Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılmasını təsdiqləməlidir.

Bəzi ekspertlər bu təyinatı “vəzifənin endirilməsi” kimi qiymətləndirsə də, əslində, Medvedyev Putinin təhlükəsizlik sahəsində “sağ əli”, ən vacib orqanlardan birində isə ikinci şəxs olacaq.

Turkustan.info rus KİV-lərinə istinadən bildirir ki, Medvedyevin səlahiyyətlərinin çərçivəsi hələlik müəyyən deyil, çünki buna qədər Rusiyada sözügedən vəzifə mövcud olmayıb.

Bəzi ekspertlər yanlışlıqla eks-baş nazirin Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin müavini olacağını düşünərək, bunu Medvedyevin mövqelərinin zəifləməsi kimi qiymətləndiriblər. Əslində, isə vəziyyət əksinədir. Yeni konfiqurasiyada Medvedyev Təhlükəsizlik Şurası katibinin deyil, onun sədri Vladimir Putinin “sağ əli” olacaq.

Gazeta.ru-ya danışan rus politoloq Stanislav Belkovskinin sözlərinə görə, sözügedən təyinat Medvedyevin faktiki olaraq vitse-prezident olması anlamına gəlir:

“Aparatdakı çəkisi və Qərbdəki əlaqələri Medvedyevə, hətta yeni vəzifədə daha az səlahiyyətləri olsa belə, prezidentin “xüsusi tapşırıqları”nı yerinə yetirməyə imkan verəcək”.

Medvedyevin yeni vəzifəsi rəsmi qaydada təsdiq olmasa da, onun fəaliyyət dairəsi təxmin edilir. Medvedyevi bu vəzifəyə təyin etməklə Putin ona ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasını tapşırıb. Keçmiş baş nazirin bundan sonra müdafiə və güc strukturları sahəsində özünəməxsus “moderator” olacağı ehtimal edilir.  /Virtualaz.org/

Paylaş:

mersin escort bayan mersin escort