14 İyul 2020 13:15

“Qara qutu” iki ölkə arasında gərginlik yaratdı

Kanadanın xarici işlər naziri Fransua Filip Şampan jurnalistlərə açıqlamasında İran İslam Keşikçiləri Korpusunun raketi ilə vurulan Ukraynanın sənişin təyyarəsinin qara qutularının təhvil verilməməsindən narahatlığını bildirib. 

Turkustan.info-nun məlumatına görə, Şampan Omanın paytaxtı Məsqətdə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə təyyarənin qara qutularının araşdırılması üçün dərhal təhvil verilməsini tələb etdiyini deyib:

“Mən iranlı həmkarımla keçirdiyim görüşdə Kanadanın bu barədəki mövqeyini açıqlayaraq, təyyarənin hər iki qara qutusunun təcili olaraq ya Fransaya, ya da Ukraynaya təhvil verilməsini istəmişəm. Hesab edirik ki, təyyarənin qara qutuları onun səs yazılarını oxumaq qabiliyyətinə və təcrübəsinə malik olan ölkələrdən birinə göndərilməli, bu məsələ şəffaf şəkildə araşdırılmalıdır” -deyə, Kanadanın xarici işlər naziri Fransua Filip Şampan əlavə edib.

Bundan əvvəl, Kanadanın baş naziri Castin Trüdo da rəsmi Tehrandan vurulmuş sərnişin təyyarəsinin qara qutularının Fransaya təhvil verilməsini tələb edib. İran isə göstərilən bütün təzyiqlərə baxmayaraq, müxtəlif bəhanələrlə təyyarənin qara qutularını təhvil verməkdən imtina edir, məsələni gecikdirir.

Bu arada, İran Aviasiya Təşkilatının təyyarə qəzalarının araşdırılması ilə bağlı idarəsinin baş direktoru Həsən Rzayifər jurnalistlərə açıqlamasında Ukraynanın sərnişin təyyarəsinin qara qutularını hansısa bir ölkəyə göndərməyəcəklərini bir daha vurğulayıb: “Ukraynanın “Boeing 737” sərnişin təyyarəsinin qara qutuları İrandadır və bizim onları ikinci bir ölkəyə göndərmək üçün hər hansı bir plan və niyyətimiz yoxdur. Qara qutular hazırda İranın Aviasiya Təşkilatındadır və biz onları ölkə daxilində araşdırmağa çalışırıq” -deyə, İran Aviasiya Təşkilatının təyyarə qəzalarının araşdırılması ilə bağlı idarəsinin baş direktoru Həsən Rzayifər bəyan edib.    /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin