29 Sentyabr 2020 18:06

Rəsulzadə və Nuru Paşanın rəsimlərini avro-ya həkk edənlər Bakıda – TƏQDİMAT olacaq

21 yanvar saat 15:00 Atatürk Mərkəzi

Hörmətli mətbuat nümayəndələri, diqqətinizə çatdırırıq ki, Türkiyəli aydınlar, iş adamları Özgür Honça bəy və İbrahim Gölgeli bəy Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza böyük bir hədiyyə etmişlər.  Onlar Avropa Mərkəz Bankının  Fransanın “Obhertur” mətbəəsində, üzərində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmmədəmin Rəsulzadənin və Bakı Fatehi, Qafqaz İslam Ordusunun Komandanı general-leytenant Nuri Paşanın rəsimləri olan 0 Euro suvenir xatirə pul nişanı buraxdırmağa nail olmuşlar. Qeyd etdiyimiz kimi, bu  pullar əsil Euronun çap olunduğu mətbəədə çap olunub və eynilə Euro əskinasının çap edildiyi kağızdandır.

Məlumat üçün bildirək ki, bu tip suvenir banknotları Avropa Mərkəzi Bankının nəzarətində olan Euro Banknote  Memory  Şirkəti həyata keçirir. Hansı ki, orada həqiqi Euro çap edilir. Bu banknotları çap etmək üçün Euro Banknote  Memory şirkətindən lisenziya alan şəxslər tələb olunan pul vəsaitini ödəməklə istədikləri suveniri basdıra bilərlər. Təəssüf ki, Azərbaycandan indiyədək belə bir lisensiyaya sahib olanımız yoxdur. Qardaş Türkiyədən isə bu lisenziyaya sahib olan İbrahim Gölgeli bəydir. Suvenirin şifarişçisi olan Özgür Honça bəy İbrahim bəylə əlaqə yaradaraq fikrini bildirmiş, layihəsini təqdim etmişdir. Bundan sonra ürəklərində Türk, Millət  Sevdasıyla yaşayan hər iki gənc ziyalı bütün maddi-maliyyə yükünün altına girərək tələb olunan vəsaiti ödəmiş və bu gün təqdimatı keçirilən həmin xatirə pul nişanının çap edilməsinə nail olmuşlar.     

Bundan başqa, bildiyiniz kimi ermənilər bir-iki ay öncə üzərində “Republic of Artsax” yazılan provokasiya xarakterli  0 Eeuro buraxmağa hazırlaşırdılar. Banknotun üzərində isə “Qarabağ Azərbaycan tərəfindən işğal olunmuşdur” sözü yazılmışdı. Araşdırmalardan öyrəndik ki, bu banknot  Almaniyada lisenziyası olan bir erməni tərəfindən sifariş verilmişdir. Banknot, Almaniya Mərkəzi və Avropa Bankı ilə əlaqəli şirkət tərəfindən buraxılmalı idi. Bu hadisədən xəbər tutan Türkiyəli iş adamı Özgür Honça və lisenziya sahibi İbrahim Gölgeli ermənilərin bu təxribat əməllərinə qarşı bir savaşa başlayırlar. Bu ədalətsizliyin qarşısında sipər olmaq üçün mərkəzə qədər şikayət edir, təxribat xarakterli banknotun çapını və yayınını dayandırmağı tələb edirlər. Yalnız onların mübarizəsi ilə təxribatın qarşısı alınır və banknotların çapı birdəfəlik dayandırılır, çap olunanlar isə zibil qutusuna göndərilir.   

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri