Bz. Fev 16th, 2020

Gəncəlilər söz verdi: Ona səs verəcəyik – Video

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisindəki məhəllələrdə olub, seçicilərlə görüşüb.

Turkustan.info xəbər verir ki, seçicilər deputatlığa namizədlə görüşlərə böyük maraq göstərib.

N.Həmzəyev seçicilər qarşısında çıxış edərək, V çağırışdakı fəaliyyətini xatırladıb:

“V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam”.

N.Həmzəyevin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Naqif Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.

 

Paylaş: