Be. Fev 24th, 2020

“Mənim üçün deputatlıq sizə daha çox xidmət edə bilməkdir” – Qənirə Paşayeva Dönük Qırıqlıda seçicilərlə görüşüb – FOTOLAR

Q.Paşayeva Tovuzun böyük kəndlərindən biri olan Dönük Qırıqlı kəndində seçicilərlə görüşüb, 46 kənd sakinin istəyilə onlarla ayrı-ayrılıqda da görüşərək qayğılarını dinləyib və ona təkrar etimad göstərəcəyini deyən Dönük Qırıqlı sakinlərinə təşəkkürü bildirib.

Turkustan.info xəbər verir ki, millət vəkilliyinə namizəd Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən biri olan Dönük Qırıqlı kəndində seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb, qayğılarını dinləyib və ona bu günə qədər olduğu kimi bu seçkilərdə də sizə dəstəyimiz davam edəcək deyən sakinlərə təşəkkürünü bildirib.  Kəndi addım-addım gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva deyib:

“Düz 14 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza,dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”.

Q.Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Q.Paşayeva yeni seçki platformasını da açıqlayıb və bu barədə sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib. Tovuzun bir çox ciddi problemlərinin öz həllini tapdığını deyən Qənirə Paşayeva dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik deyib.

Dönük Qırıqlı seçiciləri çıxış edərək bildiriblər ki, namizədə etimadları tamdır, çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Siz bizim millət vəkilimizsiniz, hər zaman bundan qürur duyduq və bundan sonra da yenə də sizin yanınızdayıq deyiblər. Kənd sakinləri onları narahat edən bəzi problemlər barədə də danışıblar və Q.Paşayevanın onların həlli istiqamətində öz dəstəyini əsirgəməyəcəyinə inandıqlarını deyiblər. Millət vəkili sakinlərin qaldırdığı məsələlərin hamısını diqqətlə dinləyərək  müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Q. Paşayeva Dönük Qırıqlıda 46 kənd sakinin istəyi ilə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirələr aparıb, onları narahat edən problemləri, qayğıları dinləyib və müvafiq qurumlara müraciət edərək həlli istiqamətində bir sıra tədbirlər görəcəyini deyib. Q.Paşayeva həmçinin  kənddə yaşayan bir sıra şəhid ailələri, müharibə veteranları və fiziki imkanları məhdud insanları evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Ganire Pashayeva adlı şəxsin şəkli.

Paylaş:

mersin escort bayan mersin escort