Be. Fev 24th, 2020

Zəlimxan Məmmədli Xətaidə seçicilərlə görüşdü – FOTOLAR

Yanvarın 20-də 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədlinin Babək prospektində seçicilərlə növbəti uğurlu görüşü baş tutdu.

Görüşdə tanınmış ziyalılar, ehtiyatda olan yüksək rütbəli zabitlər, Xətai rayonundan olan ictimai fəallar və xanımlar d dxil olmaqla çoxsaylı seçicilər iştirak edirdi.

Seçicilərlə görüşü polkovnik Sabir Aşurov açaraq, qısaca olaraq, 20 Yanvar hadisələri haqda danışdı. Daha sonra Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidləri xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Sabir Aşurov 33 saylı Xətai birinci seçki dairəsindən müstəqil namizəd Zəlimxan Məmmədlini seçicilərə təqdim etdi.

Seçicilər qarşısında çıxış edən Zəlimxan Məmmədli 20 Yanvar 1990-ci il hadisələrinin iştirakçısı olaraq, həmin tarixi milli qəhrəmanlıq, milli birlik və işğala qarşı dirəniş kimi xarakterizə etdi:

“Millətimiz qəhrəman millətdir. Onu zəif hesab edənlər məkrli düşmən və ya özünü dərk etməyən insanlar ola bilər. Millətimizin haqqı dəfələrlə yeyilsə də, o, hökmən öz sözünü deyəcək, bütövlük və demokratiya kimi ideallarına qovuşacaq”.

Daha sonra Zəlimxan Məmmədli fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirakı haqqında seçiilərə məlumat verdi:

“Məni tanıyırsınız, bu rayon taleyimi formalaşdıran, məni yetişdirən rayondur, burada yarımçıq qalan işlərimizi davam etdirməyə, millətimizin dərdinə şərik olmağa gəlirəm. Sizə və xalqımıza millətin etimad etdiyi, onun qayğılarına həssaslıqla yanaşan, seçicilərin problemlərinin həllinə çalışan millət vəkili nümunəsi göstərməyə gəlirəm”.

Zəlimxan Məmmədli daha sonra seçki proqramı haqda seçicilərə ətraflı məlumat verdi. O, bildirdi ki, etimad göstəriləcəyi təqdirdə yeni qurulan ailələrin evlə təminatı, evdar qadınların sosial müdafiəsi, çoxuşaqlı ailələrin, qocaların dövlət himayəsinə alınması, pulsuz qəbir yerləri kimi parlamentdə qaldırılacaq, bu məsələlərlə bağlı seçicilərin mənafeyinə uyğun qanun və qərarların qəbuluna çalışacaq.

Deputatlığa namizəd eyni zamanda gənclərin işlə təminatı, karyera qurması, xüsusi istedadlı uşaqların dövlətin himayəsi ilə xaricdə təhsil almaları, istirahət zonalarında pulsuz internet xidməti, səhiyyə və təhsildə ciddi islahatlar, rəsmi islahat kursuna dəstək verilməsi kimi proqram layihələri ilə də seçiciləri tanış etdi.

Daha sonra namizədin vəkili polkovnik Mirabbas bəy, Qarabağ qazisi, polkovnik Əlləz Ovcuyev, polkovnik Nəbi bəy, fəlsəfə doktoru Qiymət xanım, gənc fəal Teymur bəy və diğər sakinlər namizdə dəstəklərini ifadə etdilər, yekdilliklə Zəlimxan Məmmədliyə səs verəcəklərini bildirdilər və seçiciləri ona səs verməyə dəvət etdilər.

Çıxışlardan sonra 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədli seçiciləri maraqlandıran suallara cavab verdi. Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Zəlimxan Məmmədli bir müddət Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Paylaş:

mersin escort bayan mersin escort