Be. Fev 24th, 2020

Dünyanı qorxuda saxlayan ölümcül virus: Onu necə tanıyaq? – ARAŞDIRMA

Doctors and relatives wearing protective gear carry the body of a victim, who lost his battle against the brain-damaging Nipah virus, during his funeral at a burial ground in Kozhikode, in the southern Indian state of Kerala, India, May 24, 2018. REUTERS/Stringer

Çində yayılan yeni koronavirus dünyanı narahatlıqda saxlayıb. 

Mərkəzi Amerika ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib. Qvatemala, Panama, Kosta-Rika və Nikaraqua səhiyyə nazirlikləri artıq bunu bəyan edib. Artıq ABŞ-da da ilk yoluxma qeydə alınıb. Şəxs Çindən gəlib və təhlükəsizlik tədbirləri təyyarələrdə başlamazdan əvvəl ölkəyə daxil olub. Virusun vətəni olan Yuxanedə ölü sayı artıq 10-a çatıb. Ümumilikdə virusa yoluxanların sayının 400-dən artıq olduğu bildirilir. Təkcə son həftə sonunda yeni 140 yoluxma qeydə alınıb. Cənubi Koreya, Yaponiya, Tayland, Sinqapur və Avstrliyada da yoluxanlar var.

Koronavirus nədir? Bu virusun əlamətləri hansılardır? Virusdan necə qorunmalıyıq? 

Turkustan.info araşdırmanı təqdim edir.

“Korona” virusu tək zərfli RNA virusudur. Bu virusların üzərində çubuqvari çıxıntılar var. Bu çıxıntılar tacın çıxıntılarına bənzədiyi üçün virusa latınca “corona”, yəni “tac” anlamı ifadə edən “Coronavirus” (taclı virus) adı verilib. “Korona” virusların 4 növü məlumdur: Alfa-, Beta-, Gamma-və Delta “koronoviruslar”. Bu viruslar insan, yarasa, donuz, pişik, it,gəmiricilər və quşlarda olur, yəni ev və vəhşi heyvanlarda.

“Korona” virusları hansı xəstəliklərə səbəb ola bilir? 

“Korona” virusuna yoluxanlarda ruh düşkünlüyündən şiddətli nəfəs çatışmazlığına qədər dəyişkən hallar müşahidə etmək olar. Bu virusa yaxalanan insan və heyvanlarda müxtəlif dərəcələrdə respirator, enterik, hepatik, nevrotik və neyroloji xəstəliklərlə müşahidə olunur. “Korona” virusundan qorunmağın müxtəlif yolları var. Amerikalı mütəxisis həkim Vilyam Şaffner ölümcül olan bu virusdan qorunma yollarını göstərib:

1. Öskürən və asqıran insanlardan uzaq durun.
2. Xəstəlikdən qorunmaq üçün tibbi maska taxın.
3. Xüsusi ilə xəstəliyin yayıldığı bölgələrdə heyvanlarla təmasda olmayın.
4. Gigenik qaydalara diqqət edin.
5. İnsandan insana keçən virusun simptomlarını (əlamətlərini) görsəniz,  dərhal ən yaxın xəstəxanaya müraciət edin. Beynəlxanlq Səhiyyə Təşkilatı canlı heyvanlarla açıq təmasdan uzaq durmanızı, ətlərin və yumurtaların yaxşı bişirilməsini, xəstəliyin əlaməti görülən insanlardan uzaq durmağı məsləhət görür. Bu virusun infeksion göstəriciləri bədəndə yüksək temperatur, öskürək, nəfəs daralması və zorla nəfəs alma kimi hallardır.    /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort