Be. Mar 30th, 2020

“İki qəpiklik ağlı yoxdur, efirdə xalqa dərs keçir”

“Sosial problemlərin müzakirə olunduğu verilişlərlə bağlı ciddi problemlər var. Həmin verilişlərdə aparıcılar bəzən jurnalist peşəkarlığını, jurnalist etikasını arxa plana keçirir. Elə aparıcılar var ki, özlərini müstəntiq kimi aparırlar. Hesab edirəm ki, sosial problemlərin müzakirə olunduğu verilişlərdə daha çox məsələnin mahiyyətinə varmaq lazımdır”.

TURKUSTAN.İNFO xəbər verir ki, bu sözləri AZADİNFORM-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, o, həmişə ayrı-ayrı insanların hədəfə götürülməsinin, aşağılanmasının, yerdən-yerə vurulmasının əleyhinə olub: “Uşaq elə bilir ki, dünyada onun atasından güclü varlıq yoxdur. Bu uşağın yanında ata-ananı hədəfə götürmək, tənqid etmək, yerdən-yerə vurmaq tərbiyəsizlikdir”.

Tanınmış jurnalist Azərbaycan telekanallarında ciddi ekspert qıtlığının olduğunu deyib: “Ekspert statusu ilə verilişə dəvət olunan adamların çoxunun xalqın üzünə çıxmağa, xalqa deməyə sözü yoxdur. Elə adamlar ekspert statusu ilə efirlərə çıxırlar ki, onlar heç öz ailələrində birliyi, bərabərliyi təmin edə bilmirlər. Xalqa ağıl öyrədən adamın özü ağıllı olmalıdır, xalqa yol göstərən adamın özü düz yolun yolçusu olmalıdır, əxlaqlı olmalıdır. Onun sözü ilə əməli üst-üstə düşməlidir. Bir də görürsən ki, iki qəpiklik ağlı olmayan adamlar efirdə xalqa dərs keçirlər. Təəssüflər olsun ki, bəzi adamlar fikirləşirlər ki, efirdə çığır-bağır salmaqla, kimisə təhqir etməklə, saç yolmaqla, ayaqlarını yerə vurmaqla guya ağıllı görsənir. Efirdə onun-bunun arvadının üstünə qışqıran o ekspertlərin çoxu evdə öz arvadlarına bir stəkan çay gətirdə bilmirlər. Yıxılana balta vurmaq lazım deyil. Yıxılana əl uzatmaq, yerdən qaldırmaq, düz yol göstərmək lazımdır. Hesab edirəm ki, ekspertlər daha çox çıxış yolu haqqında düşünməli, insanlara yol göstərməlidir. Əgər belə olsa cəmiyyətin həm verilişlərə, həm də ekspertlərə rəğbəti olar”.

Paylaş:

mersin escort bayan mersin escort