Ça. Fev 25th, 2020

Kirayə mənzillərin satışında problem YARANDI

İpoteka və Kredit Zəmanət Fondu bu gün satışna start verilən kirayə mənzillər bağlı açıqlama yayıb.

İpoteka və Kredit Zəmanət Fondundan Modern.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb:

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsindəki mənzillərin satşında da anoloji problem yaranmış, ilk cəhddə mənzillrin satışı baş tutmamışdı.

Paylaş:

mersin escort bayan mersin escort