06 İyul 2020 06:18

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə  AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Zəlimxan Yaqubun yaxınları iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova şairin keçdiyi həyat yolundan, yaradıcılığından geniş söhbət açıb.

Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin müəlliməsi Vüsalə Haşımova, N.Tusi adına 12 nömrəli orta məktəbin ədəbiyyat müəlliməsi Səbinə Əfəndiyeva şairin həyat və yaradıcılığından, onun ədəbi və ictimai fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb, yaxınları şairlə bağlı xatirələrini bölüşüblər.

Sonra tədbir S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri ilə davam edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin