Ca. Apr 9th, 2020

ABŞ-dan SEPAH-ın “Qüds” qüvvələrinin komandanına XƏBƏRDARLIQ

ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin yeni komandanı İsmail Kaaniyə xəbərdarlıq edib.

Turkustan.info xəbərinə görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Asharq Al-Awsat” agentliyinə müsahibəsində bildirib.

“Kaani amerikalıları öldürməyə davam edərsə, o da Qasım Süleymaninin aqibəti ilə üzləşəcək. Prezident Tramp bir neçə il əvvəl amerikalılara və ya ABŞ-ın maraqlarına qarşı edilən hər hansı bir hücuma həlledici cavab veriləcəyini demişdi və Prezident bunu nümayiş etdirdi”, – deyə B. Huk vurğulayıb.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi qeyd edib ki, ölkəsi İran xalqına dəstəyi davam etdirəcək.

B. Huk Böyük Britaniyanın Baş Naziri Boris Consonun “Tramp sazişi” adlandırdığı İranla gələcək mümkün beynəlxalq sazişin əsas müddəalarına da toxunub: “Tehranın uranı zənginləşdirməsinin qarşısı alınmalıdır. Bundan başqa, İran girov götürmə siyasətinə və ballistik raket sınaqlarına son verməlidir. Eyni zamanda İranın regional qüvvələrə maliyyə dəstəyini və onların silahla təminatına son qoymalıdır. Bütün bunlar beynəlxalq sazişin əsas müddəalarını təşkil edir”.

Xatırladaq ki, “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. Bundan sonra İranın Ali rəhbəri Xamenei İsmail Kaanini yeni komandan təyin edib.    /Apa.az/

Paylaş:

mersin escort bayan mersin escort