C. Fev 21st, 2020

Azərbaycan əhalisi kərə yağı yemir – RƏSMİ MƏLUMAT

Azərbaycan əhalisinin kərə yağı istehlakı minimum istehlak səbətində nəzərdə tutulan miqdardan təxminən 2 dəfə aşağıdır.
Turkustan.info  açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yola saldığımız 2019-cu ildə Azərbaycanda 23 min 792 ton kərə yağı istehsal olunub, 14 min 792 ton kərə yağı isə xaricdən ixrac edilib. Ölkə əhalisinin sayını nəzərə aldığımız zaman adambaşına düşən kərə yağı istehlakı təxminən 3,8 kiloqrama bərabər olur. Açıqlanan rəsmi statistikada göstərilir ki, 2018-ci ildə adambaşına düşən illik kərə yağı istehlakı 3,3 kiloqram olub.
Məlumat üçün bildirək ki, minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərarda göstərilir ki, insanlar il ərzində ən azı 6,7 kiloqram kərə yağı istehlak etməlidirlər. Rəqmlərdən də göründüyü kimi kərə yağı istehlakı minimum istehlak səbətində nəzərdə tutulan miqdardan 2 dəfə aşağıdır.
Onu da bildirək ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu isə o deməkdir ki, Azərbaycanda əhalinin istifadə etdiyi kərə yağının miqdarı onların sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə belə təmin etmir.
Qeyd edək ki, kərə yağından minimum səviyyədə istifadə edə bilməyən əhali bitki yağlarını minimum səviyyədən çox istifadə edə bilir. Minimum istehlak səbətində bitki yağı və marqarinin illik istehlak miqdarı adambaşına 9,8 kiloqram müəyyən edilib. Azərbaycanda isə əhali il ərzində adambaşına 18,4 kiloqram bitki yağı və marqarin istehlak edir.  /yeniavaz.com/

Paylaş:

mersin escort bayan mersin escort