C. Fev 21st, 2020

Dəhşətli virusla bağlı qərar: Bu şəhərlərdə həyat dayandı

Koronavirusun ilk dəfə yayıldığı Çinin Uxan şəhərinə giriş və çıxış məhdudlaşdırılıb.

Turkustan.info xəbər verir ki, şəhərdə hava limanı və qatarlar, metro, gəmi və digər uzaq məsafəyə səfər edən nəqliyyat vasitələrinin hərəkəti bir günlük dayandırılıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb.

Məlumat üçün bildirək ki, ötən gün sözügedən şəhərə giriş-çıxışın məhdudlaşdırılması haqda çağırış edilmişdi.

***

Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindən sonra vilayətin daha 4 şəhərində ictimai nəqliyyatın hərəkəti koronavirusun (2019-nCoV) yayılmasının qarşısını almaq məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Məlumata görə, Çinin Nəqliyyat Nazirliyi Xuanqan, Icou, Cician və Çiencian şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılmaqla yanaşı, sakinlərdən ciddi səbəb olmasa şəhərlərini tərk etməmək xahiş olunub.

Çində virusun yayılmasının qarşısını almaq üçün iri şəhərlərdə kütləvi tədbirlər, o cümlədən Şərq ölkələrinin ay təqvimi ilə yeni il bayramı günlərində nəzərdə tutulan iri şənliklər təxirə salınır. Artıq paytaxt Pekin meriyasının mədəniyyət və turizm bürosu bu barədə açıqlama yayıb. /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort