01 Oktyabr 2020 02:22

Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

Turkustan.info bildirir ki, Hacı Salayev modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib:

“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib:

“Haqqımda nahaq yazan jurnalistlərdən bir xahişim var. Həmin yazıları pozsunlar”.

Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri