Bz. Fev 16th, 2020

“Aqil Məmmədov indiyədəki fəaliyyəti ilə seçicilərin yüksək etimadını qazanıb”

Ölkə Prezidenti cənab İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə ölkəmizin həyatında yeni mərhələnin başlanğıcının təməli qoyuldu.

2020-ci il fevralın 9-na təyin edilən növbədən kənar parlament seçkilərinin keçirilməsində əsas məqsəd ölkədə aparılan islahatlar kursuna yeni seçiləcək parlementin adekvatlığını təmin etməkdir.

Hakim Yeni Azərbaycan Partiyasının belə bir təşəbbüslə çıxış etməsi ictimaiyyət üçün gözlənilməz olsa da, əslində bu addım ölkədə başladılan islahatlar kursununun məntiqi davamı kimi bir zərururət olaraq ortaya çıxdı. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və bu gün ölkə Prezidentinin sədrlik etdiyi YAP-ın ölkənin ən böyük siyasi qüvvəsi kimi növbədənkənar seçkilərdə 123 dairədən öz namizədi ilə çıxış etməsi də partiyanın xalq arasında olan nüfuzundan, xalq-iqtidar birliyinin sarsılmazlığından xəbər verir.

123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədov da özünün yüksək keyfiyyətləri ilə seçilən, əhali arasında hörmətə və nüfuza malik bir şəxsdir. Aqil Məmmədov uzun müddət Kəlbəcər rayon İcra Hakimiyyyəti başçısının birinci müavini, sonra isə İcra Hakimiyyətinin başçısı kimi yüksək peşəkarlıq və idarəetmə qabiliyyəti nümayiş etdirib. Daim əhali ilə təmasda olan, onların problemlərinin həllinə çalışan Aqil Məmmədov özünün yüksək mədəniyyəti, qayğıkeşliyi və xeyirxahlığı ilə seçilir. Mən uzun müddət Kəlbəcər rayonunun millət vəkilinin köməkşisi kimi onunla bir icra başçısı kimi təmasda olmuşam və onun bütün xeyirxah fəaliyyətinin şahidi olmuşam.

İnanıram ki, Aqil Məmmədov seçicilərin yüksək etimadı ilə Parlamentə üzv seçildikdən sonra da öz missiyasına sadiq qalacaq, seçicilərinin arzu və istəklərini Milli Məclisin tribunasından səsləndirəcək, onların problemlərinin həllində əlindən gələni əsirgəməyəcəkdir.

Aqil Məmmədova seçkilərdə uğurlar diləyirəm və siyasi həmfikirlərimi, əziz seçicilərimizi ona səs verməyə çağırıram.

Həbib Misirov

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini

Paylaş: