28 Sentyabr 2020 06:21

“Kim gələcəkdə nə qədər pensiya almaq istəyirsə, ona uyğun vergi ödəməlidir”

Natiq Cəfərli: “DSMF ödənişləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir”

Minimum əməkhaqqının artırılması, 2020-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqqının da artmasına səbəb olub. Məlumata görə, 2019-cu ildə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqının 20 faizinə görə hesablanaraq 50 manat olduğu halda, 2020-ci ildə minimum əməkhaqqının 25 faizi miqdarında hesablandığı üçün 62.50 manata çatdırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində sığorta haqlarının minimum aylıq əməkhaqqı ilə bağlılığını göstərən müddəalar var: “Məsələn, sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarındadır. Burada minimum aylıq əməkhaqqından asılılıq müəyyən edildiyindən onun həddi dəyişdikdə sosial sığorta haqqının məbləği də dəyişə bilər”.

“Qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli Qanunun keçid müddəalarına əsasən, yuxarıda göstərilən dərəcələr 2020-ci il yanvarın 1-dən qüvvəyə minib”, – deyə Nazirlikdən qeyd olunub.

Bu qanunun qüvvəyə minməsi cəmiyyətdə müəyyən narazılığa səbəb olub. Belə ki, məcburi sosial sığorta haqları hər il artırılsa da, əməkhaqları (söhbət minimumdan getmir) artmır. Məsələn, 2015-ci ildə 21 manat sosial sığorta ödəyən vətəndaş bu gün 62.5 manat ödəməlidir.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, burada iki məqam var: “Birinci məsələ odur ki, keçən il özəl sektorda 14 faizlik gəlir vergisini ləğv etdilər. Onun əvəzinə Dövlət Sosial Müdafiəsi Fonduna (DSMF) olan ödənişləri artırdılar. Bunu da uğur kimi təqdim etdilər. Amma rəsmilər nədənsə məcburi dövlət sosial sığortasının artması ilə bağlı rəsmi açıqlama vermədilər”.

“İkinci məsələ isə odur ki, bizdə DSMF ödənişin minimum əməkhaqqına bağlıdır. Bu da doğru deyil. Ümumiyyətlə, qanunvericiliyə dəyişiklik edilməlidir. DSMF-ə ödənişlərin minimum əməkhaqlarına bağlılığı aradan qaldırılmalıdır. 10-15 il əvvəl bunu anlamaq olardı. Çünki minimum əməkhaqqı çox aşağı idi, ödəniş də az olurdu. Amma ötən il minimum əməkhaqqı iki dəfəyə yaxın artdı. Buna görə də qanuna uyğun olaraq DSMF-ə ödəniləcək ödənişlər artırılaraq 62.5 manata çatdı”, – deyə N.Cəfərli əlavə edib.

Ekspertin fikrincə, qanuna dəyişiklik edilməsinə ehtiyac var: “Ən əsası isə dövlət qurumlarının bu sahədə inhisarçılığı var. Yəni DSMF-ə ödənişlər yalnız Dövlət Fonduna ödənilir. Halbuki özəl fondların açılmasına mühit yaradılmalıdır. Minimum əməkhaqları ilə məcburi dövlət sosial sığorta haqqını bağlamaq olmaz. Daha sonra minimum ödəniş məbləği müəyyənləşdirilə bilər. Hər kəs gələcəkdə yaşlananda təxmini nə qədər təqaüd almaq istəyirsə, o qədər vergi ödəməsinə şərait yaradılmalıdır. Rusiyada, Türkiyədə, Gürcüstanda belə özəl təqaüd fondları var. Niyə bizdə olmasın? Azərbaycanda hər şeyə dövlət nəzarət etmək istədiyi üçün vəziyyət bu cür olur. Bir sözlə, bu məsələ gündəmə gətirilməli və qanunda dəyişiklər edilməlidir”.  /ayna.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri