Ç. Fev 19th, 2020

Onların deputatlığa namizədliyi ləğv oluna bilər

“Rəqibinin yapışdırdığı təbliğat posterlərini cırmaq, şəkillərinin asıldığı lövhələri yararsız hala salmaq ən səviyyəsiz namizədin işi ola bilər”.

Bu sözləri təbliğat-təşviqat kampaniyasında namizədlərin mübarizəsindən danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O, xatırladıb ki, hər bir seçicinin və hər bir  namizədin hüquqları var:

“Namizədin çap materiallarını bilərəkdən kimsə cırırsa, yararsız hala salırsa, barəsində tədbir görülməlidir. Bu halla qarşılaşan şəxs polisə müraciət etməlidir ki, əməli törədən namizəd cəzalandırılsın. Fakt təsdiqini taparsa, təxribatı törədən namizəd məsuliyyətə cəlb olunur.

Eynilə namizədin təmsilçiləri rəqib tərəfə qarşı belə bir addım atarsa, qanun qarşısında cavab verməlidir”.

Namizədlərin qeydə alınan gündən toxunulmazlığı olduğunu vurğulayan M.Zülfüqarlı bu hüququn ləğv edilə biləcəyini də qeyd edib:

“Bu toxunulmazlıqdan sui-istifadə edən şəxs Mərkəzi Seçki Komissiyası tərəfindən cəzalandırıla, toxunulmazlığı ləğv oluna bilər. Rəqibə qarşı çap materiallarını cırmaq və ya bu kimi addımlarla mübarizə aparan namizəd haqqında MSK-ya müraciət edilir. Əsaslı faktlar olduğu təqdirdə qanunsuz addım atan şəxsin namizədliyi ləğv olunur”. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort