C. Fev 21st, 2020

Seçiciyə yalan vəd verən namizədlər – Onları hansı cəza gözləyir?

9 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir.

Bu mərhələdə namizədlər seçki kampaniyasının uğurunu əsasən seçiciləri ilə görüşlərdə verilən vədlərdə görür. Kampaniya çərçivəsində şəhid ailələri ilə görüşən, əlillərə, xəstələrə baş çəkən, görüşdən sonra insanlar üçün konsert təşkil edən namizədlər bunu seçicilərinin yaşadığı bölgənin problemlərinin həllində təminat kimi anlaşılmasına çalışır. Əlbəttə ki, seçkilər bitdikdən sonra verilən vədlərin əksəriyyəti havada qalır.

Maraqlıdır, qeyri-real vədlərin verilməsi namizədin seçkidə qalib gəlməsinə nə dərəcədə təsir edir? Qanunvericilikdə bununla bağlı hər hansı qadağa varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış hüquqşünas, keçmiş deputat Əliməmməd Nuriyev namizədlərin seçicisinin səsini qazanmaq üçün belə vədlər verməsinin qadağan olmadığını deyir:

“Əlbəttə ki, seçkidə hər zaman populizm olub və bu davam edəcək. Real olmayan vədlərin verilməsində əsas məqsəd nəyin bahasına olur-olsun, seçicinin səsini qazanmaqdır. Namizəd düşünür ki, əgər o seçiləcəksə, beş il müddətində vəziyyətdən çıxış imkanları tapacaq. Vədlər niyə yerinə yetirilmədi? Bunun günahkarı kimdir? Həmişə günahkar başqa yerdə axtarılır. Ona görə də ən əsas məsələ ondan ibarətdir ki, deputatlığa namizəd həm çıxışlarında, həm də platformasında zorakılğa, hakimiyyətin ələ keçirilməsinə çağırışlar edə bilməz, irqi ayrı seçkiliyi yaya bilməz. Belə çağırışlar olarsa, şübhəsiz ki, namizədin seçkidən kənarlaşdırılması, onun namizədliyinə xitam verilməsi ilə nəticələnə bilər. Lakin qanundankənar bir hal yoxdursa, qeyri-adi vədlərinə, populizminə görə namizədi məsuliyyətə cəlb etmək olmaz. Məsələn, “əməkhaqqı beş dəfə artırılacaq”, “pensiya on dəfə artırılacaq”, yaxud da “filan rayonda metro tikiləcək” tipli vədlər artıq seçicinin qiymətləndirməsinə qalır.

Eyni dairədən çoxsaylı namizədlər olur. Namizədlərin funksiyalarında biri də odur ki, rəqibinin qeyri-real vədlər verməsi ilə bağlı seçiciləri məlumatlandırıb, inandırsın və daha çox seçicini öz ətrafına toplasın”.

Əliməmməd Nuriyev onu da qeyd edir ki, seçkilərdə qeyri-real vədlər verən namizədlərin bu addımı bəzən işə yarayır:

“Bir sıra hallarda seçicilər belə vədlərə inanırlar. Məsələn, yadıma gəlir, 1992-ci ilin prezident seçkilərində namizədlərdən biri “çörək pulsuz olacaq”, “benzinin qiyməti aşağı olacaq” kimi qeyri-real vədlər verirdi, amma xeyli də səs qazanmışdı”.

Paylaş:

mersin escort bayan mersin escort