Şb. Fev 29th, 2020

Deputatlığa namizəd Turabxan Turabxanlının platformasında hansı məsələlər yer alır? – MƏTN

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Turabxan Turabxanlı seçkiqabağlı platformasını açıqlayıb.

Platformada aşağıdakı məsələlər yer alır: 

Hədəflədiyimiz işlər və gözlədiyimiz nəticələr

 

  • Ölkənin 1 nömrəli Bakı-Qazax (Bakı-Tiflis) magistral xəttinin 30 kilometrdən çox qısaldılması

 Gözlədiyimiz nəticələr:

  • Yük daşınmasında vaxt və maliyyə xərclərinin azaldılması
  • Əhalinin yollarda ortalama yarım saatadək az vaxt sərf etməsi, Bakıdan Gəncəyə 4 saata deyil, 3.5 saata çatmaq mümkün olacaq
  • Əhalinin nəqliyyat (yanacaq, ödəniş haqqı və s.) xərclərinin azaldılması
  • Həmin ərazilərin çiçəklənməsi, mehmanxana, motel, kafe, restoran və digər iaşə obyektlərinin açılması, yerli əhali üçün gəlir və iş yerləri
  • Tikinti zamanı yerli əhalinin işə cəlb olunması
  • Azərbaycanın dünyaca məşhur palçıq vulkanlarını görmək, eko-turizmin inkişafı və yerli əhali üçün gəlir və iş yerləri
  • Palçıq vulkanları və eko-turizmin inkişafı

 Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın[1] şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

 Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[1]

 Ərazilərin qorunması mütləqdir, lakin bir çox beynəlxalq təcrübə göstərir ki, bir çox hallarda magistral yolları Milli Parklar və qoruqların ərazisindən salınır. Beynəlxalq hüquqda məlum olan “servitut” hüququndan istifadə etmək olar.[2] Bu addım qoruqlara damarağı artırmış olacaq, Azərbaycanda bu unikal təbiət hadisəsini çox insanlar görməyiblər, baxmayaraq ki, Qaradağ rayonundan, həmin ərazinin yaxınlığından dəfələrlə keçiblər.

 Gözlədiyimiz nəticələr:

  • Eko-turizmin inkişafı, yerli və xarici tursitlərin səfərləri
  • Ərazidə (Qoruq ərazisinin yaxınlığında) iaşə obyektlərinin açılması, yerli əhali üçün gəlir və iş yerləri
  • Turizm ilə bağlı yan sahələrin (suvernirlərin hazırlanması, xidmət sahələri və s.)
  • Ərazidə olan əhəng daş karxanalarının səmərəli istifadəsi

Qaradağ rayonunda unikal əhəng daş karxanaları mövcuddur. Bu daş karxanaları uzun illərdi kortəbii istismar olunub.

Təklifimiz:

  1. Daş karxanaları dağ-mədən qaydalarına uyğun istismar olunsun və sahibkarlar qarşısında işə qəbul zamanı yerli əhaliyə üstünlük verilsin;
  2. İş şəraiti (təhlükəsizlik, sağlamlıq və s.) və məvaciblər yaxşılaşdırılmalıdır;
  3. İstismaq olunmuş daş karxanaları bağlanmalı və rekultivasiya olunmalı, relyef bərpa olunmalıdır. Bu Bakı şəhərinin və ətraf ərazilərinin küləkli dövrdə tozla çirklənməsinin qarşısını alacaq, insan sağlamlığı və ətraf mühit üçün təhlükəyə son qoyacaqdır;
  4. Daş karxanaları yalnız tikinti daşı (kubik) istehsalı deyil, digər üzlük, memarlıq elementlərinin istehsalında istifadə edilməli və dövlət tərəfindən bu cür yerli materialları təşfiq edən iqtisadi mexanizmlər işlənməlidir.

Gözlədiyimiz nəticələr:

  • Yerli sahibkarlıq subyektlərinin inkişafı
  • Yeni iş yerləri və gəlir mənbələri
  • Ərazinin iqtisadiyyatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşıdılması
  • Ərazidə sənaye və alternativ enerji imkanlarının qiymətləndirilməsi

 Ərazinin böyük sənaye potensialı var, belə ki, ölkə iqtisadiyyatı əsasən paytaxt Bakıda mərkəzləşdiyindən və əsas bazara yaxınlıq burada sənaye kompleksləri, yerli istehsalat müəssisələrin yaradılması üçün böyük imkanlar yaradır. Həmçinin beynəlxalq limana, dəmir yoluna və beynəlxalq hava yollarına yaxınlıq, gələcəkdə Azad İqtisadi Zonanın qurulması yan sənayenin inkişafına stimul verəcək. Bu potensialın qiymətləndirilməsi, təhlili və dövlət tərəfindən təşfiq və dəstəyin verilməsi ilə ərazini sənaye zonasında çevirmək olar.

Bundan əlavə ərazinin böyüklüyü və bir çox torpaqların kənd təsərrüfatı və başqa məqsədlər üçün məhdud yararlı olduğunu, həmçinin küləkli və günəşli günlərin çox olmasını və ən böyük istehlak bazarının – Bakının və ərazidə qurula biləcək sənayeni nəzərə alaraq, burada alternativ enerjinin əldə edilməsi dövlətin verdiyi dəstək və təşfiq ilə iqtisadi və ekoloji mənfəətlər əldə etməyə imkan verir.

[1] https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_pal%C3%A7%C4%B1q_vulkanlar%C4%B1

[2] https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B5%D0%BC%D0%B5%D0%BB%D1%8C%D0%BD%D1%8B%D0%B9_%D1%81%D0%B5%D1%80%D0%B2%D0%B8%D1%82%D1%83%D1%82

Paylaş:

mersin escort bayan mersin escort