Şb. Fev 29th, 2020

“Dünyanın sonuna 100 saniyə qaldı!..”- “Qiyamət saatı” irəli çəkildi…

“Planeti məhv olmaqdan «saatlar və ya dəqiqələr” deyil, sadəcə “saniyələr” ayırır…»
Mümkün bir apokalipsisə- dünyanın sonuna qədər şərti vaxtı sayan “Qiyamət saatı»nın əqrəbləri iqlim dəyişikliyi, Orta və Qısa Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilənin ləğvi və İranın nüvə proqramı ətrafındakı vəziyyətlə  əlaqədar  20 saniyə irəli çəkilib. 
Moderator.az Rusiya mediasına istinadla  xəbər verir ki, Amerikanın Nüvə Tədqiqatlarl Bülleteninin (“University of Chicago Bulletin”) yaydığı məlumata görə, “qiyamət saatı”nda 23:58: 20 görünür. Jurnalın prezidenti Raçel Bronson qeyd edib ki, saat artıq “gecə yarısından 100 saniyə əvvəl”i göstərir. Onun sözlərinə görə, “Qiyamət saatı”nın tarixində heç vaxt onun əqrəbləri gecə yarısına bu qədər yaxın olmayıb. «Bu məcazi olaraq  100 saniyədən sonra bir fəlakətin başlaması deməkdir». “Planeti məhv olmaqdan «saatlar və ya dəqiqələr” deyil, sadəcə “saniyələr”  ayırır»- deyə Bronson vurğulayıb.
1953-cü ildə qurulan “Qiyamət saatı” bu günədək hər il yenilənir. 1991-ci ildə saat rekord səviyyədə – 17 dəqiqə önə çəkilib. O vaxtdan daim gecə yarısına doğru yaxınlaşan saatın əqrəbi yalnız 2010-cu ildə geri çəkilib.
P.S. Qiyamətin nə vaxt baş  verəcəyini yalnız Allah bilir… 
 
 “İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır”. (Qurani-Kərim, “Əl-Əhzab” surəsi, 63).
(moderator.az)

Paylaş:

mersin escort bayan mersin escort