Ç. Fev 26th, 2020

İstanbulda koronavirus həyəcanı – Xəstəxana karantinə alındı

Çini ağuşuna alan və bütün dünyanı təşvişə salan koronavirus təhlükəsi Türkiyənin İstanbul şəhərinə də gəlib çıxıb.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbula gələn 2 çinli turist karantinaya alınıb.

Belə ki, çinli cütlük Süreyyapaşa Döş Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Bundan sonra bütün xəstəxanada karantina elan edilib. Həkimlərə və tibb bacılarına maska taxmaları ilə bağlı göstəriş verilib. Xəstələrə müdaxilə edən səhiyyə işçilərinə isə xüsusi geyimlərin paylandığı bildirilir.

Turistlərin niyə karantinə alındığı barədə rəsmi açıqlama yoxdur. Güman edilir ki, çinli cütlük koronavirusa yoluxub.  /Yeni Sabah/

Paylaş:

mersin escort bayan mersin escort