Ç. Fev 26th, 2020

Sayt rəhbərindən Prezidentə müraciət: “Fəaliyyətimizə məhdudiyyət qoyulub”

Pərviz Həşimli: “Məhkəmə qərarı olmadan bloklanan saytımızın tətbiq edilmiş məhdudiyyət aradan qaldırılmayıb”

Gununsesi.info saytının rəhbəri Pərviz Həşimli Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edib. Bu barədə AYNA-ya açıqlama verən P.Həşimlinin sözlərinə görə, müraciətə səbəb, 2018-ci ilin Gəncə hadisələri zamanı məhkəmə qərarı olmadan bloklanan saytın “info” domeninə qoyulmuş məhdudiyyətin aradan qaldırılmamasıdır.

“Problemin hüquqi yolla həlli üçün Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişik. Nazirlik bloklanmanı əvvəllər inkar etmişdi. Nazir müavini Elmir Vəlizadə rəsmi məktub yazaraq bildirmişdi ki, sayta hər hansı bir məhdudiyyət qoyulmayıb. Məhkəmədə Nazirliyin hüquqşünası  Baş Prokuroun 2018-ci ildə nazir Ramin Quluzadəyə yazdığı məktubu əsas gətirib, bunu etiraf edib. Ancaq həmin hadisələrin araşdırılması zamanı Gununsesi.info barəsində hər hansı məsuliyyət müəyyən olunmadı. Buna baxmayaraq, saytımızın bloku da götürülməyib. Bununla yanaşı, ölkədə internetin əsas mənbəyi olan “Deltatelekom” və “Azertelekom” sayta müəyyən yerlərdə məhdudiyyətlər qoyub. Bu, daha çox mobil operatorlarda və rayonlarda ortaya çıxır”, – jurnalist bildirib.

Pərviz Həşimli sonda ölkə başçısından yaranmış vəziyyətin aradan qaldırılması üçün müdaxilə etməsini də xahiş edib. O bildirib ki, seçkilər ərəfəsində saytın fəaliyyətinə kimlərinsə maneçilik törətməsi təxribat xarakterli hərəkətdir və bunun qarşısı alınmalıdır.     /Ayna.az/

Paylaş:

mersin escort bayan mersin escort