Şb. Fev 29th, 2020

SON DƏQİQƏ: Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO (YENİLƏNDİ)

Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Turkustan.info xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

***

22:15

Elazığda baş verən 6,8 bal gücündəki zəlzələdən sonra 5,4 bal gücündə daha bir yeraltı təkan baş verib.

Turkustan.info xəbər verir ki, Müdafiə Naziri Hulusi Akarın məlumatına görə, iki güclü zəlzələdən sonra şəhər mərkəzlərində tələfat yoxdur. Nazir ətraf kəndlərdə tələfatın ola biləcəyini istisna etməyib. O bildirib ki, ehtiyac olarsa fəsadların aradan qaldırılmasına hərbçilər də cəlb edilib. Ordu hazır vəziyyətə gətirilib.

Daxili İşlər naziri Süleyman Soylu isə bildirib ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib. İki yaralı var. Bir neçə tikilidə fəsadlar əmələ gəlib

Qeyd edək ki, yeraltı təkanlar Diyarbəkir, Adıyaman, Samsun və digər vilayətlərdə, həmçinin İraq və Suriyada da hiss edilib.

***

22:06

Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.

Turkustan.info xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri Sivricə rayonunda yerin 5 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünü 6,5 bal göstərib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

/publika.az/

 

Paylaş:

mersin escort bayan mersin escort