Ç. Fev 26th, 2020

Yardımlı yollarında

Qurani-Kərimdə Yaqub peyğəmbərin adı bir neçə yerdə çəkilib. Barəsində deyilənlərin birində- Yaqubun bir sıra yeyintiləri özünə haram etməsindən söhbət açılıb və Allah ona “İsrail” ləqəbini verib…

Çox güman ki, onun adını elə Yaqub peyğəmbərin şərəfinə qoyublar. Düşünüblər ki, böyüyəndə o da Yaqub peyğəmbər kimi bir sıra yeyintiləri özünə haram edər, amma o, halallıq simvolu olan bu ada xələl gətirdi…

Ölkə rəhbəri, cənab İlham Əliyev bütün sahələrdə islahat aparıb, gəncləri rəhbərliyə gətirsə də, bu islahat hələ ki, ona gəlib çata bilmir. Ötən əsrdən üzü bəri rayonumuzun yol istismar idarəsinə rəhbərlik edir. Bir vaxtlar deyirdilər ki, Ziya Məmmədovun adamıdır, ona heç kim toxuna bilməz. Ziya Məmmədov çoxdandır nəvələri ilə gün keçirir. Bəs, görəsən Yardımlı Yol İstismar MMC-nin rəisi Yaqub Əliyevə indi himayədarlıq edən adam kimdir?..

Sevindik Hətəmovun rayonumuza rəhbərlik etdiyi illərdə Masallı-Yardımlı yolu adama ABŞ-ın San Fransisko şəhərinin yollarını xatırladırdı. İndi o yol elə bir günə düşüb ki, Afrikanın ən geridə qalan ölkələrinin yollarına bənzəyir. Maraqlıdır, yəni həmin yolla hər dəfə Bakıya gəlib-gedən rayon rəhbəri bunlara fikir vermirmi? Niyə Yaqub Əliyevdən papağını qabağına qoyub, düşünməyi tələb etmir? Axı rayonda bu nöqsanları aradan qaldırmaq üçün asfalt zavod da var, yol istismar müəssisəsi də…

Elman Eldaroğlu

Görüntünün olası içeriği: bulut, gökyüzü ve açık hava

Görüntünün olası içeriği: gökyüzü ve açık hava

Görüntünün olası içeriği: gökyüzü, dağ, bulut, açık hava ve doğa

Görüntünün olası içeriği: ağaç, bitki, gökyüzü, açık hava ve doğa

Görüntünün olası içeriği: gökyüzü, ağaç, bulut, açık hava ve doğa

 

Paylaş:

mersin escort bayan mersin escort