21 Sentyabr 2020 04:16

Əli Əsədov qaydaları təsdiq etdi – Reysterdən istifadə pulsuzdur

Baş Nazir Əli Əsədov “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiq edib.

Turkustan.info xəbər verir ki, qaydalar “Azərbaycan Respublikasında turizmin inkişafıilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 3.2-1-ci bəndinə uyğun olaraq hazırlanıb.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi  məqsədilə elektron formada aparılır.

Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi  üçün nəzərdə tutulan müvafiq vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Reyestrin strukturu aşağıdakılardan ibarətdir:

1. turizm ehtiyatları;

2. turizm məhsulları;

3. turizm sənayesinin subyektləri:

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

– turizm ehtiyatının növü, adı, ünvanı və ya yerləşdiyi ərazi, xarakterik xüsusiyyətləri, əlaqə vasitələri;

– turizm məhsulunun növü, xarakterik xüsusiyyətləri və əldə edilmə üsulları.

Reyestrdən istifadə qaydalarına görə, “ASAN login” vasitəsilə identikləşdirildikdən sonra Reyestrdə yaradılan elektron kabinetlərə daxil olmaqla, istifadəçilər (Azərbaycan Respublikasında vergi uçotuna alınmamış xarici hüquqi və fiziki şəxslər istisna olmaqla) aşağıdakı xidmətlərdən istifadə edirlər.

– turizm sənayesinin subyektləri tərəfindən turizm tədbirlərində (sərgi, festival, konfrans, seminar və s.) iştirak etmək üçün müraciətlərin edilməsi;

– turizm üzrə investisiya layihələrinin təqdim edilməsi;

– turizm sahəsində statistik məlumatların, Agentlik tərəfindən  hazırlanmış analitik hesabat və araşdırma nəticələrinin əldə edilməsi.

Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir.   /Yeni Sabah/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri