Be. Fev 24th, 2020

Bakıda növbəti Vəkil Bürosunun açılışı oldu – FOTOSESSİYA

Yanvarın 24-də Bakı şəhərində “Mirzəyev və partnyorları” Vəkil Bürosunun açılış mərasimi baş tutub.

Turkustan.info  xəbər verir ki, açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər. Anar Bağırov və qonaqlar büroda yaradılmış şəraitlə tanış olub və müsbət fikirlərini ifadə ediblər. Məlumat verilib ki, vəkil bürosu konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilib.

Mərasimdə çıxış edən Anar Bağırov vəkil bürosunun keyfiyyətli təmiri ilə yanaşı, onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumunun kompüter və digər zəruri avadanlıqlarla ən yüksək səviyyədə təmin edilməsini və son nəticədə görülmüş işlərin vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, digər keyfiyyətlərlə yanaşı, ilk dəfə olaraq məhz bu büroda vəkil və digər şəxslərin ödənişsiz qidalanması üçün şərait yaradılıb: “Nəinki qidalanma, eyni zamanda vətəndaşlarımızın dini etiqad azadlığına hörmətlə yanaşılıb və büroda bunun üçün yer də ayrılıb. Mən bunu alqışlayıram. Burada eyni zamanda dövlət və hüquq tarixi ilə bağlı guşələr var. Azərbaycanın görkəmli şəxsiyyətlərinin şəkilləri asılıb və onlarla bağlı müəyyən sitatlar gətirilib ki, bu da təqdirəlayiq haldır”.

Sədr bildirib ki, hazırda Azərbaycanda vəkilliyin nüfuzu artmaqdadır: “Ölkədə vəkilliyə münasibət müsbətə doğru dəyişir. Yəni, bunlar son 2 ildə görülən işlərin nəticəsidir. Burada keyfiyyətli hüquqi yardımla yanaşı vəkillərin sayının artmasını da qeyd etmək olar”.

Daha sonra A. Bağırov büronun fəaliyyəti ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib.

Büronun müdiri Səyyad Mirzəyev isə çıxışında təşəkkürünü bildirərək, büroda vəkillərin fəaliyyəti üçün geniş şərait yaradıldığını diqqətə çatdırıb: “Əvvəlcə qeyd etmək istəyirəm ki, Vəkil Bürosu açmaq üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinə müraciət etdikdə, Kollegiyanın sədri cənab Anar Bağırov bizə dəstək oldu. O, büromuzun nümunəvi büro olacağına inamını vurğuladı. Anar müəllimin etimadı bizim məsuliyyətimizi ikiqat artırdı və biz bu etimadı doğrultmaq üçün çox çalışdıq. Ona görə də başda A.Bağırov olmaqla, Vəkillər Kollegiyası Rəyasət Heyətinə təşəkkür edirik. Büromuzun fəaliyyətinə gəlincə isə, nəzərinizə çatdırmaq istərdim ki, hazırda buranın personal 20 nəfərdən çoxdur. Düşünürəm ki, bu say azdır və gələcəkdə əməkdaşlarımızın sayının artacağı gözlənilir”.

Son 2 ildə vəkilliyin inkişafı sahəsində atılan addımlardan danışan Səyyad Mirzəyev görülən işləri yüksək qiymətləndirib. “Mən 30 ildən çox istintaqçı kimi fəaliyyət göstərmişəm. 10 ildən də çoxdur ki, vəkiləm. Bu 40 il ərzində daim vəkillərlə təmasda olmuşam. Bütün bunlara əsasən deyə bilərəm ki, son 2 ildə görülən işlər 40 ildə görülən işlərdən daha səmərəli, daha keyfiyyətlidir. Bu inkişafı hamı görür”.

Sonra Vəkillər Kollegiyasının üzvü, vəkil, hüquq üzrə fəlsəfə doktoru, “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev çıxış edib.

O, hər şeyin yüksək səviyyədə təşkil olunmasına çalışdıqlarını qeyd edib. Ş. Mirzəyev büronun fəaliyyəti ilə bağlı planların böyük olduğunu vurğulayıb: “Vəkil bürosu təsis etmək fikrimizin Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən dəstəklənməsi bizə çox böyük stimul verdi. Büronun fəaliyyəti ilə bağlı cənab Sədrin bütün təklifləri qeydə alınıb, gələcəkdə bunların hamısını həyata keçirəcəyik. İstər sosial proqramlar, istər layihələr, istərsə də regionlarla bağlı planlarımız var. Elə öz rayonumuz Ağsuda vəkil çatışmazlığı problemi ilə tanışıq. Ayda ən azı iki dəfə ordakı insanlara xidmət göstərməyi planlaşdırırıq. Burada vəkillərin fəaliyyəti üçün ideal şərait yaradılıb. Onlar burda yüksək səviyyədə fəaliyyət göstərə biləcəklər. O dövlətdə ki, vəkil postu güclüdür, demək cəmiyyət arxayın ola bilər ki, məhkəmə ədalətində də öz haqqını tapacaq. Bunun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub, Cənab Prezident İlham Əliyev də davam etdirir. Eyni zamanda büromuzun təşkil olunmasında dəstəyinə görə başda Anar Bağırov olmaqla Kollegiyanın Rəyasət Heyətinə təşəkkür edirəm. Burada iştirak edən hər kəsə vaxt ayırıb gəldiyininə görə minnətdaram. Siz gəlişinizlə bizə çox böyük dəstək oldunuz”.

Mərasimdə Vəkillər Kollegiyasının sədr müavinləri – Aydın Axundov, Pərviz Ələkbərov, Vəkillərin İxtisas Komissiyasının üzvü, vəkil Mehman Sultanov, Kollegiyanın Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov və digər qonaqlar təbrik nitqi ilə çıxış edib və büronun fəaliyyətinə uğurlar arzulayıblar.

Paylaş:

mersin escort bayan mersin escort