21 Sentyabr 2020 04:15

Generaldan sonrakı İran: Molla rejimini təhlükə gözləyir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səudun ölkəsinin rəsmi Tehranla danışıqlara hazır olduğuna dair açıqlamasına münasibət bildirib. 

Cavad Zərif özünün “Twitter” səhifəsində İranın qonşu ölkələrlə danışıqlara həmişə açıq olduğunu qeyd edib. “İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir və xalqlara ümid verəcək hər bir addıma şərik olmağa hazırdır”,- deyə İran XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səud Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin İranla danışıqlara hazır olduğunu bildirərək bu məsələnin İrandan asılı olduğunu bəyan edib. İki düşmən ölkənin xarici işlər nazirlərinin bir-birinə müsbət mesajlar verməsi Yaxın Şərqdəki gərginliyin azaldılmasına kömək edə bilər. Amma gərginliyin aradan qalxaraq diplomatik təmaslarla əvəz olunması Tehran və Ər-Riyaddan gələn bəyanatların davamlı olmasına bağlıdır. Suriyada və Yəməndə münaqişənin başlanmasından sonra İranla Səudiyyə Ərəbistanı müharibə vəziyyətindədir. Lakin son dövrlər İranın Yaxın Şərqdəki mövqelərinə ciddi zərbələrin endirilməsi paralel olaraq, ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dialoq mesajlarının verilməsi ilə müşahidə olunur. Hətta ABŞ prezidenti Donald Tramp İranı əməkdaşlığa dəvət edib. Siyasi ekspertlərin fikrincə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qolunun komandanı Qasım Süleymaninin yanvarın 3-də ABŞ hərbi hava qüvvələri tərəfindən məhv edilməsi Vaşinqtonun Tehrana xəbərdarlığı kimi başa düşülməlidir. Yəni ABŞ İrana mötədil islama keçmək və nüvə proqramından imtina etmək şərtilə əməkdaşlıq təklif edir. Əks əqdirdə, İranın Yaxın Şərqdəki hərbi-siyasi mövqeləri ABŞ-ın zərbələrinə məruz qala bilər.

Bu baxımdan, Səudiyyə Ərəbistanının İranı danışıqlara dəvət etməsi rəsmi Tehranı güzəştə çağırış anlamına gəlir. Xarici işlər naziri Cavad Zərifin səudiyyəli həmkarına İranın qonşu ölkələrlə danışıqlara hazır olduğunu bildirməsi Q.Süleymaninin öldürülməsindən sonra mövqeləri zəifləyən İranın yeni kursu kimi dəyərləndirilə bilər.

“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlunun fikrincə, Qasım Süleymaninin öldürülməsi İranın Yaxın Şərq siyasətinə və ərəb ölkələri ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Lakin bu dəyişikliyin qısa müddətdə baş verəcəyini söyləmək çətindir. Çünki İranın xarici siyasətində gözlənilən dəyişikliklər daxili və xarici amillərdən asılıdır:

“Qasım Süleymaninin öldürülməsi ilə Yaxın Şərqdə yeni bir səhifə açılıb. Çünki Qasım Süleymani kifayət qədər ciddi fiqur idi. Hətta o, Yaxın Şərqdə hibrid müharibələrin aparılmasının mərkəzində dayanan əsas bir şəxs idi. Qasım Süleymani həm leqal, həm də qeyri-leqal geniş əlaqələrə malik idi və İrana bağlı silahlı təşkilatlarla koordinasiya işini aparırdı. Bu mənada onun öldürülməsinin təsiri özünün təsirini göstərməli idi. Süleymaninin öldürülməsi İranın daxilində də birmənalı qarşılanmadı. Çünki o, mühafizəkarlar tərəfindən üzərində işlənən və gələcək üçün hazırlanan bir fiqur idi. Hətta gələcəkdə onun prezidentliyə gətiriləcəyinə dair İran kuluarlarında məlumatlar dolaşırdı. Lakin baş verən proseslərə rəsmi Tehranın Yaxın Şərq siyasəti və beynəlxalq əlarələri müstəvisində deyil, həm də İranın öz daxilində cərəyan edən siyasi hadisələr fonunda baxmaq lazımdır. Hesab edirəm ki, ABŞ-ın və Səudiyyə Ərəbistanın İranla münasibətlərində bu amil də çox önəmlidir. Hazırda İranda islahatçı və mühafizəkar qanadlar arasında ciddi rəqabət gedir. Qasım Süleymaninin öldürülməsi ilə bu rəqabətdə yeni bir səhifə açıldı. İslahatçılar problemlərin həll olunması və ciddi böran keçirən İrana nəfəslik açmaq istəyir. Əks təqdirdə, qarşıdan gələn seçkilərdə məğlub ola bilərlər. Mühafizəkarlar isə əks mövqedən çıxış edir. Ona görə də İran və Səudiyyə Ərəbistanı arasında verilən qarşılıqlı diplomatik jestlərin hansısa müsbət nəticə verəcəyini bəri başdan vermək qeyri-mümkündür. Hadisələrin gələcək inkişafı həm də İranın daxilində gedən proseslərdən asılı olacaq. ABŞ-İran münasibətlərində qismən yumşalma müşahidə olunur. Avropa ölkələrinin də burada rolunu görməkdəyik. Amma bu prosesin nə qədər uzunömürlü olması İranın daxilindəki vəziyyətdən çox asılıdır. Bu da yaxın aylarda özünü göstərəcək”. 

Ekspertin sözlərinə görə, Yaxın Şərq ölkələrində müşahidə olunan gərginlik İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurma riskini artırır.

“İran və Səudiyyə Ərəbistanı İslam aləmində liderliyə iddialı iki aparıcı ölkədir. Məzhəb kartı hər iki tərəfin əlində istifadə olunan ən təsirli vasitədir. Səudiyyə Ərəbistanı ilə İranın dialoqa getməsinə mane olan başlıca amilin sünni və ya şiəlik olduğunu deməzdim. Əsas amil Yaxın Şərqdə liderlik uğrunda gedən geosiyasi savaşdır. Bunun da mənbəyi çox qədimlərə gedib çıxır. Yüz illərdir ki, Yaxın Şərqdə əcəm-ərəb rəqabəti gedir. Hazırda bu mübarizə davam edir. Birinci səbəb islam sivilizasiyası uğrunda gedən rəqabətdirsə, digəri xarici amildir. Bura ABŞ-la, İsraillə, başqa ərəb ölkələri, hətta ərəb dövlətlərinin öz aralarındakı münasibətlərlə bağlı məqamlar aiddir. Bütün bunlar İran və Səudiyyə Ərəbistanının bir masa arxasına əyləşməsinə mane olur. Yəqin ki, yaxın zamanlarda İran və Səudiyyə Ərəbistanının münasibətlərini gərginləşdirən hansısa hadisələr baş verəcək. Bu Yəməndə, Suriyada, Bəhreyndəki baş verən olaylardan çox asılıdır”.

Vüqar Zifəroğlu bildirdi ki, İranın Səudiyyə Krallığı ilə münasibətlərində və Yaxın Şərq siyasətindəki yeni addımların atılması qarşıdan gələn seçkilərdən çox asılıdır. İranda prezident və parlament seçkiləri yaxınlaşdıqca ölkədaxili proseslər yeni şəkil alacaq. Həmin olaylar isə ABŞ və ərəb ölkələri ilə münasibətlərə təsirsiz qalmayacaq.     /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri