Bz. Fev 16th, 2020

İranın raket zərbələri zamanı ABŞ-ın neçə hərbçisi xəsarət alıb?

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”,-deyə o bildirib.  /Virtualaz.org/

Paylaş: