C. Fev 21st, 2020

Pekində yaşayan azərbaycanlı: “Fövqəladə vəziyyət elan olunub, hər yer karantin altındadır”

Afət Məmmədova: “Çinin bir neçə şəhərində, həmçinin Pekində, Şanxayda ölənlər var”

Çində meydana çıxan və digər ölkələrə də yayılma təhlükəsi olan koronovirusla bağlı narahatlıqlar davam edir. Bu ölkədə nələr yaşandığı barədə AYNA-ya, hazırda Pekində yaşayan soydaşımız Afət Məmmədova danışıb.

“Virus Vuhan şəhərindən yayılmağa başladı. Elə yoluxmadan ölən ilk insan da orada qeydə alınıb. Hazırda həmin şəhərə giriş-çıxışa nəzarət var, karantin elan olunub. Şəhərdə, hətta hava da vaxtaşırı dezinfeksiya olunur. Hava reysləri təxirə salınıb. Çinin digər şəhərlərində də fövqəladə vəziyyət elan edilib”, – müsahibimiz deyib.

Onun sözlərinə görə, virusdan ölənlərin sayının qısa müddətdə artması və yoluxmanın miqyasının genişlənməsi paytaxt Pekində də fövqəladə vəziyyət elan olunmasına zərurət yaradıb: “Elə virus yayılan andan Çinin paytaxtında bütün obyektlər ciddi nəzarət altına alındı. Mənim 3 övladım var və uşaqların oxuduğu məktəbdə daim tibbi müayinələr aparılır, tez-tez sorğular keçirilir, şübhə yaradan uşaq dərhal izolə olunur”.

“Ciddi nəzarət olduğu üçün rahatıq. Amma Çinin bir neçə şəhərində, həmçinin Pekində, Şanxayda ölənlər var. Vurusun başqa ölkələrə yayılması və ölmə faktları isə doğru deyil. Bunu burada yayılan xəbərlərə əsasən deyirəm”, – Məmmədova bildirib.

Həmyerlimizin sözlərinə görə, Çinin Səhiyyə Nazirliyi virusun yarasadan qaynaqlandığı və insandan-insana keçməsi ehtimalını təsdiqləyib: “Özünüz yaxşı bilirsiniz də, çinlilər bütün canlıları diri, ölü demədən yeyirlər. Yarasadan insana keçməsi faktı dəqiqdir”.

“Ötən günlərdə Pekin-Bakı təyyarə reysi ilə Vətənə gəlmişik. Çində hazırda məktəblilərin bir aylıq qış tətili başlayıb. Elə fürsətdən istifadə edib doğmalarımızın yanına gəldik. Pekindən başqa ölkələrə gedənlər, həmçinin biz özümüz ciddi yoxlamadan keçdik, bizim aeroportda da nəzarət gücləndirilib”, – soydaşımız vurğulayıb.

Məlumat üçün deyək ki, Çin mediası indiyədək 830 nəfərin koronavirusa yoluxduğunu və 26 nəfərin öldüyünü yazır. Pekində isə 29 nəfərdə bu virus aşkarlanıb və bir nəfər ağır vəziyyətdədir. Çinin Səhiyyə Komitəsinin rəhbəri Ley Hayçao ictimaiyyətin maariflənməsi və nəzarətin gücləndirilməsi üçün fövqaladə vəziyyətin davam etdiyini bildirib.

Müəllif: Raminə Eyvazqızı 

Paylaş:

mersin escort bayan mersin escort